MƏDƏNİYYƏT


Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti Silahlı Qüvvələrə Yardım Fonduna ianə edib

Bakı, 13 oktyabr, AZƏRTAC 

Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti Silahlı Qüvvələrə Yardım Fonduna vəsait ayırıb.

AZƏRTAC xəbər verir ki, ölkəmizin ərazi bütövlüyü uğrunda uğurlu hərbi əməliyyatlar keçirən rəşadətli Ordumuza dəstək məqsədilə qurum tərəfindən fonda 5500 manat vəsait köçürülüb.

Qeyd edək ki, Silahlı Qüvvələrinə Yardım Fondu ümummilli lider Heydər Əliyevin müvafiq Fərmanı ilə yaradılıb. Fondun əsas vəzifəsi Azərbaycan Respublikasının etibarlı müdafiəsi üçün Silahlı Qüvvələrin inkişafını və onun maddi-texniki bazasının möhkəmləndirilməsini, həmçinin hərbi qulluqçuların sosial müdafiəsinin daha da gücləndirilməsini təmin etməkdir.

Fondun əsasnaməsinə əsasən, Silahlı Qüvvələrin maddi-texniki və sosial bazasının möhkəmləndirilməsinə maliyyə köməyi məqsədilə Azərbaycan ərazisində fəaliyyət göstərən hüquqi və fiziki şəxslər könüllü ödəmələr həyata keçirə bilərlər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.