“Mədəni irsin qorunmasının aktual problemləri” mövzusunda beynəlxalq elmi konfransa məqalə qəbulu aparılır
AzerTAg.az
Bakı, 20 aprel, AZƏRTAC
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti (ADMİU) tərəfindən oktyabrın 28-də “Mədəni irsin qorunmasının aktual problemləri” mövzusunda beynəlxalq elmi-praktik konfrans keçiriləcək.
ADMİU-dan AZƏRTAC-a bildirilib ki, “Şuşa İli” çərçivəsində təşkil olunacaq konfransın işçi dilləri Azərbaycan, türk, ingilis və rus dilləridir.
Beynəlxalq konfrans “Qarabağın itirilmiş mədəni irsinin geri qaytarılması problemləri”, “Mədəni irsin identifikasiyası, inventarlaşdırılması və rəqəmsallaşdırılması”, “Qeyri-maddi mədəni irsin aktuallaşdırılması”, “Mədəni irs – turizmin inkişafının potensial obyekti kimi”, “Mədəni irsin qorunmasının normativ-hüquqi mexanizmləri” bölmələri üzrə təşkil olunacaq.
Konfransda iştirakla bağlı məlumat və məqalə elektron formatda avqustun 28-dək [email protected]сom elektron ünvana göndərilməlidir. Məqalənin tərtib edilməsi qaydaları və beynəlxalq konfrans haqqında ətraflı məlumatla ADMİU-nun saytında tanış olmaq mümkündür.

Xəbərin mətnində orfoqrafik səhv var