MƏDƏNİYYƏT


Mədəniyyət Baş İdarəsinin nümayəndə heyəti Kiyevdə dahi Azərbaycan şairi Səməd Vurğunun adını daşıyan kitabxanada olub

Bakı, 17 iyun, AZƏRTAC

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin nümayəndə heyəti Kiyev şəhərində “Darnitsa” mədəniyyət evində və Səməd Vurğun adına açıq kitabxanada maraqlı görüşlər keçiriblər.

İdarədən AZƏRTAC-a bildirilib ki, qurumun səlahiyyət çərçivəsinə daxil olan sahələr üzrə müəssisələrin fəaliyyətinin öyrənilməsi, mədəniyyət müəssisələrində görüşlərin keçirilməsində əsas məqsəd təcrübə mübadiləsinin aparılması və əməkdaşlıq əlaqələrinin genişləndirilməsidir.

“Darnitsa” mədəniyyət evində görüş zamanı müəssisənin rəhbəri Nina Kuznetsova Baş İdarənin rəisi Cəlil Məlikova və nümayəndə heyətinə əsas fəaliyyət istiqamətləri, xalq kollektivləri haqqında məlumat verib, onlarla birlikdə müəssisədə fəaliyyət göstərən kollektivlərin çıxışlarını və məşq proseslərini izləyib.

Dahi Azərbaycan şairi Səməd Vurğunun adını daşıyan Açıq Kitabxanada nümayəndə heyəti Liana Rozmanta tərəfindən qarşılanıb. Xalq şairi Səməd Vurğunun abidəsi önünə çiçək dəstələri qoyulub və dostluğumuzun rəmzi kimi ağaclar əkilib.

Sonra kitabxana ilə yaxından tanış olan nümayəndə heyəti, burada əməkdaşlıq üçün bir çox ortaq məqamlar üzərində fikir mübadiləsi aparıb və əlaqələrin gələcək inkişafına zəmin yaradacaq istiqamətləri müəyyənləşdirib. Kitabxanaya ölkəmizin tarixi və mədəniyyətini əks etdirən kitablar hədiyyə olunub.

 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.