MƏDƏNİYYƏT


Mədəniyyət Mərkəzində “Xarıbülbül” adlı rəsm sərgisi açılıb

Bakı, 29 iyul, AZƏRTAC

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin H.Abbasov adına Mədəniyyət Mərkəzində rəsm və dərzilik kursları tələbələrinin “Xarıbülbül” adlı sərgisi açılıb.

Baş İdarədən AZƏRTAC-a bildirilib ki, rəsm və dekorativ-tətbiqi sənət nümunələrindən ibarət sərgi “Şuşa İli” çərçivəsində təşkil olunub.

Sərginin açılışından öncə Dövlət Himni səsləndirilib və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Sonra sərgiyə baxış keçirilib, təqdim olunan əsərlər tamaşaçılar tərəfindən maraqla qarşılanıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.