MƏDƏNİYYƏT


Mədəniyyət Nazirliyi “Gənc teatr prodüserləri üçün laboratoriya”ya qəbul elan edib

Bakı, 17 sentyabr, AZƏRTAC

Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi teatr təhsili sahəsində islahatların aparılması, kadr potensialının yüksəldilməsi məqsədilə “Gənc teatr prodüserləri üçün laboratoriya” layihəsinə start verir.

Mədəniyyət Nazirliyindən AZƏRTAC-a bildirilib ki, nazirliyin Rusiya Dövlət Teatr Sənəti İnstitutu (QİTİS) ilə birgə təşkil etdiyi prodüserlər üçün laboratoriya Azərbaycanda teatr menecmentinin və prodüserlik strukturunun inkişafı, teatr idarəetməsi sahəsində gənc nəslin bilik və bacarıqlarının artırılması məqsədini qarşıya qoyur. Qeyd edək ki, laboratoriya Mədəniyyət Nazirliyinin strateji hədəflərə istiqamətlənmiş silsilə layihələrinin davamıdır.

Oktyabrın 3-dən 9-dək “YARAT” Müasir İncəsənət Məkanında təşkil ediləcək laboratoriyada teatr təhsili sahəsində dünyanın ən nüfuzlu ali təhsil müəssisələrindən olan QİTİS-in prodüserlik üzrə zəngin təcrübəyə malik pedaqoqları Elena Simurzina, Aleksandra Knyazeva, Elşən Məmmədov 7 gün ərzində müasir teatr menecmenti və prodüserlik fəaliyyəti ilə bağlı bilik və bacarıqlarını bölüşəcəklər. Menecment və prodüserlik sahəsinə maraq göstərən gənclərə laboratoriyada ödənişsiz iştirak etmək imkanı yaradılır.

Təlimlərə qoşulmaq istəyənlər sentyabrın 30-dək müraciət formasını dolduraraq [email protected] elektron poçt ünvanına göndərə bilər.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.