MƏDƏNİYYƏT


Mədəniyyət Nazirliyi “Müqəddəs Məryəm Ana Katolik Kilsəsi” haqqında videoçarx hazırlayıb VİDEO

Bakı, 21 yanvar, AZƏRTAC

Mədəniyyət Nazirliyi “Xristian irsimizi tanıyaq” layihəsi çərçivəsində “Müqəddəs Məryəm Ana Katolik Kilsəsi” barədə hazırlanan videoçarxı təqdim edib.

Nazirlikdən AZƏRTAC-a bildirilib ki, videoçarxda kilsəsinin Bakıda 1912-ci ildə neft maqnatları – Rılskilər ailəsi tərəfindən “Müqəddəs Bakirə Məryəmin Məsum Hamiləliyi” kostyolu - polyak katolik kilsəsi kimi (memarı İ.K.Ploşko) inşa edildiyi qeyd edilir.

Bolşeviklər tərəfindən uçurulan Müqəddəs Məryəm Ana Kilsəsinin xatirəsinə həsr edilən kilsənin tikintisi 2007-ci ilin fevralında yekunlaşıb. 2008-ci il martın 7-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Birinci vitse-prezident Mehriban xanım Əliyeva və Vatikanın dövlət katibi kardinal Tarçizio Bertonenin kilsənin rəsmi açılış mərasimində iştirak ediblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.