MƏDƏNİYYƏT


Mədəniyyət Nazirliyi tərəfindən son bir ildə aparılmış yoxlama və xidməti araşdırmaların nəticələri açıqlanıb

Bakı, 4 iyul, AZƏRTAC

Hazırda Mədəniyyət Nazirliyi tərəfindən mədəniyyət müəssisələrinin fəaliyyətinin təkmilləşdirilməsi, səmərəliliyinin artırılması və xidmət səviyyəsinin yüksəldilməsi məqsədilə kompleks islahatlar aparılmaqdadır.

Nazirlikdən AZƏRTAC-a bildirilib ki, qeydolunan islahatlar çərçivəsində mədəniyyət müəssisələrində yoxlama, monitorinq və xidməti araşdırmalar zamanı aşkar olunan nöqsanların aradan qaldırılması, əmək və icra intizamının pozulması hallarına yol vermiş şəxslər barəsində müvafiq tədbirlərin görülməsi istiqamətində işlər aparılıb. Əlavə olaraq idarə və müəssisələrin vəzifəli şəxslərinin qanunsuz əməlləri ilə bağlı aşkarlanmış cinayət əlamətləri olan məlumatlar aidiyyəti üzrə hüquq mühafizə orqanlarına göndərilib. Hazırda nazirliyin strukturunda və strukturuna daxil olmayan tabeliyindəki qurumlarda baş verə biləcək pozuntu hallarının qarşısının alınması, belə hallara yol vermiş şəxslər barəsində zəruri tədbirlərin görülməsi istiqamətində yoxlama, xidməti araşdırmalar və digər tədbirlər davam etdirilir. Daha ətraflı məlumatı nazirliyin saytından (https://culture.gov.az/az/umumi-xeberler/14519) əldə etmək olar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.