MƏDƏNİYYƏT


Mədəniyyət Nazirliyində Alim Qasımovla görüş keçirilib

Bakı, 9 avqust, AZƏRTAC

Azərbaycan muğam sənətinin görkəmli nümayəndəsi, dünyaşöhrətli xanəndə, Xalq artisti Alim Qasımovun 65 yaşı tamam olur.

AZƏRTAC xəbər verir ki, bu münasibətlə mədəniyyət nazirinin birinci müavini Elnur Əliyev Alim Qasımovun anadan olmasının 65 illiyi münasibətilə sənətkarla görüşüb.

A.Qasımova mədəniyyət naziri Anar Kərimovun təbrik teleqramını çatdıran E.Əliyev onu doğum günü münasibətilə təbrik edərək, sənətkara möhkəm cansağlığı, yeni nailiyyət və yaradıcılıq uğurları arzulayıb.

Görüş zamanı, həmçinin A.Qasımovun yaradıcılıq planları, gələcəkdə nəzərdə tutulan tədbirlər müzakirə olunub.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.