MƏDƏNİYYƏT


Mədəniyyət Nazirliyinin əməkdaşları Gəncədə olublar

Bakı, 29 yanvar, AZƏRTAC

Mədəniyyət Nazirliyinin İncəsənət və qeyri-maddi mədəni irs şöbəsinin müdiri Fərəh Acalova, Teatr sektorunun müdiri Könül Cəfərova və baş məsləhətçi Emin Əliyev Gəncədə işgüzar səfərdə olublar.

Mədəniyyət Nazirliyindən AZƏRTAC-a bildirilib ki, onlar Gəncə Regional Mədəniyyət İdarəsinin rəisi Vasif Cənnətovla birlikdə Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyasında, Gəncə Dövlət Dram Teatrında və Gəncə Dövlət Kukla Teatrında olublar.

Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyasının "Göygöl" mahnı və rəqs ansamblının, Dövlət Kamera Orkestrinin, Xalq Çalğı Alətləri Ansamblının və "Xəmsə" estrada ansamblının konsert proqramlarını dinləyiblər.

Sonra Gəncə Dövlət Dram Teatrında Nüşabə Əsəd Məmmədlinin eyniadlı əsəri əsasında Əsgər Əsgərovun quruluşunda hazırlanmış "Cavad xan", Gəncə Dövlət Kukla Teatrında Xanımana Əlibəylinin əsəri əsasında Şamil Məmmədlinin quruluş verdiyi "Bizim bağın gözəli" tamaşalarına baxan heyət, teatrların yaradıcı kollektivi ilə görüşüb və mövcud problemlər və gələcək inkişaf perspektivləri haqqında fikir mübadiləsi aparıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.