MƏDƏNİYYƏT


Mədəniyyət Nazirliyinin əməkdaşları üçün “İnsan resurslarının idarə edilməsinə ümumi baxış” mövzusunda təlim keçirilib

Bakı, 29 iyun, AZƏRTAC

Mədəniyyət Nazirliyinin əməkdaşları üçün Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən “İnsan resurslarının idarə edilməsinə ümumi baxış” mövzusunda təlim keçirilib.

Nazirlikdən AZƏRTAC-a bildirilib ki, təlim zamanı DİM-in əməkdaşı Miranə Rüstəmli tərəfindən iştirakçılara insan resurslarının idarə edilməsinin əsas funksiya və prinsipləri, əmək bölgüsü və əmək kooperasiyasının növləri, vəzifə təlimatlarının düzgün müəyyənləşdirilməsi qaydaları, kadrların seçilməsi, yerləşdirilməsi, kadr siyasəti, kadrlarla aparılan işlərin əsas prinsipləri, problemləri, müsahibələrdə səriştələrin müəyyənləşdirilməsi metodları və s. məsələlər barədə ətraflı məlumat verilib.

Həmçinin təlim zamanı iştirakçılara motivasiyanın əhəmiyyəti, müasir motivasiya metodları, işçiləri motivasiya edən amillər, motivasiyanın prinsip və faydaları, münaqişə situasiyaları və onların yaranma səbəbləri, münaqişələrin həlli yolları, iş yerlərində stressin idarə olunması və s. məsələlər də izah edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.