MƏDƏNİYYƏT


Mədəniyyət Nazirliyinin ictimaiyyətə müraciəti geniş maraq doğurub

Bakı, 17 sentyabr, AZƏRTAC

Azərbaycan xalqının zəngin mədəni irsinin qorunması, təbliği, ölkəmizdə mədəniyyətin müxtəlif sahələrinin inkişaf etdirilməsi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın daim diqqətindədir. Ölkəmizdə, bütün sahələrdə olduğu kimi, dövlət rəhbərliyinin yüksək diqqət və qayğı göstərdiyi mədəniyyət sahəsində də kompleks və sistemli islahatların həyata keçirilməsi günün tələbidir. Bu islahatların və reallaşdırılacaq işlərin daha səmərəli olmasını təmin etmək üçün mədəniyyətin müxtəlif sahələrində fəaliyyət göstərən təşkilatların və fərdlərin fikir, rəy və təkliflərinin nəzərə alınması da əhəmiyyət kəsb edir.

Avqustun 6-da Mədəniyyət Nazirliyi tərəfindən mədəniyyət sahəsində fəaliyyət göstərən təşkilatların, bu sahə ilə bağlı insanların, yaradıcı şəxslərin fikir və təkliflərini öyrənmək məqsədilə ictimaiyyətə müraciət olunmuşdu.

AZƏRTAC xəbər verir ki, nazirliyin ictimaiyyətə müraciəti geniş maraq doğurub. Bununla bağlı indiyədək müraciətdə qeyd edilən [email protected] elektron poçt ünvanına onlarla vətəndaş, dövlət və özəl mədəniyyət müəssisələri tərəfindən 22 müxtəlif sahə üzrə (tədris, mədəniyyətimizin xarici ölkələrdə təbliği, gənc kadrlara dəstəyin gücləndirilməsi, kitabxanaların fəaliyyətinin təkmilləşdirilməsi, mədəniyyət sahəsində idarəetmə, mədəni irsin qorunması, kino, teatr və musiqi sahələrinin inkişafı) çoxlu sayda rəy və təklif daxil olub.

Bundan əlavə, mədəniyyətimizin televiziya/radio kanallarında və sosial şəbəkələrdə geniş təbliğ olunması, regionlarda mədəniyyət müəssisələrinin idarəedilməsində yeniliklərin tətbiq olunması, mədəniyyət müəssisələrinin maddi-texniki bazasının gücləndirilməsi ilə bağlı təkliflər, ayrı-ayrı layihə və müraciətlər daxil olub.

Göndərilən rəy və təkliflər Mədəniyyət Nazirliyi tərəfindən baxılaraq gələcək fəaliyyətdə nəzərə alınacaqdır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.