Azərbaycan Dövlət İnformasiya Agentliyi

MƏDƏNİYYƏT

Mədəniyyət Nazirliyinin kollegiya iclası keçirilib

“Şuşa İli” Mədəniyyət Nazirliyinin fəaliyyətinin ana xəttini təşkil edəcək

Bakı, 18 yanvar, AZƏRTAC

Mədəniyyət Nazirliyinin kollegiya iclası keçirilib.

Mədəniyyət Nazirliyindən AZƏRTAC-a bildirilib ki, Zoom” proqramı vasitəsilə onlayn təşkil edilən iclasa nazirliyin rəhbərliyi və tabe müəssisələrin rəhbərləri qatılıb.

Mədəniyyət naziri Anar Kərimov iclası açaraq iştirakçıları salamlayıb və 2021-ci ildə nazirlik tərəfindən mədəniyyətin müxtəlif sahələri üzrə görülən işlər barədə hesabat məruzəsi ilə çıxış edib.

A.Kərimov incəsənət və qeyri-maddi mədəni irs sahəsi üzrə həyata keçirilən layihələrdən söz açaraq dövlət başçısının sərəncamları ilə qeyd olunan yubileylər haqqında məlumat verib. Bildirilib ki, Aşıq Ələsgərin 200, Mikayıl Abdullayev, Kamil Əliyev və Cahangir Cahangirovun 100 və digər yubileylərlə bağlı müxtəlif səpkili tədbirlər təşkil olunub. Bundan əlavə, il ərzində Vətən müharibəsində Zəfərimizin ildönümü münasibətilə yaradıcılıq müsabiqələri keçirilib. Bəstəkarlar İttifaqı ilə birlikdə bəstəkarlıq müsabiqəsində həm gənc, həm də orta nəsil bəstəkarlar fəal iştirak ediblər. “4.4” Qısa Tamaşalar Festivalında dövlət və özəl teatrlar, eləcə də regionlarda fəaliyyət göstərən teatr kollektivləri yaradıcılıq nümunələrini ortaya qoyublar. Noyabrda 10 gün ərzində Zəfərimizin ildönümü münasibətilə sənətin müxtəlif sahələrini əhatə edən tədbirlər reallaşıb.

Ədəbiyyat və incəsənət xadimlərinin əlamətdar yubileyləri münasibətilə Azərbaycan Dövlət Akademik Filarmoniyası və Heydər Əliyev Sarayında konsertlər təşkil olunub. İl ərzində “Mədəni yenilənmə” layihəsi çərçivəsində xaricdə yaşayan yaradıcı soydaşlarımızın iştirakı ilə ustad dərsləri və görüşlər keçirilib. Layihənin bu il də davam etdirilməsi nəzərdə tutulur.

Muzey və qalereyaların fəaliyyəti barədə danışan nazir bildirib ki, nazirliyin tabeliyində 133 muzey və 59 Heydər Əliyev Mərkəzi var. Bu məkanlarda ötən il müxtəlif sərgilər keçirilib, tədbirlər təşkil olunub. Diqqətə çatdırılıb ki, il ərzində “British Council” ilə muzey işində inklüzivlik üzrə birgə layihələr həyata keçirilib. Eyni zamanda görkəmli rəssamlar Mikayıl Abdullayev və Kamil Əliyevin 100 illik yubiley sərgiləri keçirilib. Milli İncəsənət Muzeyində Zəfər Gününə həsr olunmuş “Mədəniyyətimizin incisi – Qarabağ” sərgisi, Milli Xalça Muzeyi tərəfindən “Qarabağın xalça xəritəsi” layihəsi əsasında Zəfər xalçasının kəsimi gerçəkləşib.

İl ərzində aparıcı qalereyalar tərəfindən uşaq və gənclərin yaradıcılığının inkişaf etdirilməsi, həmçinin əlamətdar tarixi hadisə və yubileylərlə bağlı müxtəlif müsabiqə, sərgi və plenerlər keçirilib.

Mədəni irsin qorunması və bərpası sahəsində görülən işlərdən söz açan Anar Kərimov nazirlik yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət xidməti tərəfindən qoruqlarda aparılan işləri diqqətə çatdırıb. Deyib ki, ötən il 155 abidə pasportlaşdırılıb, 10 abidənin mühafizə zonası təyin edilib. Bu abidələrin ümumilikdə 42-si Qarabağa, 30-u isə Şuşaya aiddir. Eyni zamanda, Çıraqqala abidəsində bərpa və konservasiya işləri davam etdirilib.

Dövlət başçısı tərəfindən ölkəmizdə elan edilən “Nizami İli” çərçivəsində Azərbaycanda və xaricdə 100-dən artıq tədbirin təşkil olunduğunu bildirən nazir vurğulayıb ki, TÜRKSOY və UNESCO-da dahi Nizamiyə həsr edilən tədbir və sərgilər böyük şairin irsinin təbliğində mühüm addımlar idi. Qeyd olunub ki, ötən “Nizami İli”nə həsr olunan VII Beynəlxalq Kitab Sərgisində 12 ölkədən 40-dan çox xarici təşkilat və nəşriyyat iştirak edib. Bakıda, Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin qarşısında “İşıq festivalı” adlı audiovizual layihə həyata keçirilib. Rusiyanın Sankt-Peterburq şəhərindəki Dövlət Ermitaj Muzeyində Nizaminin 880 illik yubileyi qeyd olunub.

Bundan əlavə, Bakıda və Nizaminin yurdu Gəncədə beynəlxalq festival təşkil olunub. Bu festival çərçivəsində Bakıda 5 ölkədən 40-dan çox nizamişünasın iştirakı ilə Nizami Gəncəvi Beynəlxalq Forumu təşkil edilib. İl ərzində dahi şairin “Xəmsə”sinin nəşri də həyata keçirilib.

Bildirilib ki, Mədəniyyət Nazirliyi tərəfindən kitabxanaların fondlarının yeni nəşrlərlə zənginləşdirilməsi və komplektləşdirilməsi diqqətdə saxlanılıb. “Nəşrlərin satınalınması müsabiqəsi”nin təşkilində şəffaflıq və səmərəliliyin təmin edilməsi məqsədilə müsabiqəni nazirlik tərəfindən yaradılan “Nəşr planının tərtibi və nəşriyyat məhsullarının satınalınması üzrə komissiya” həyata keçirib. Mədəniyyət Nazirliyi ilə Milli Kitabxananın birgə həyata keçirdiyi “Qarabağa kitabla gedək” layihəsi çərçivəsində 60 mindən çox kitab toplanıb. F.Köçərli adına Respublika Uşaq Kitabxanası, C.Cabbarlı adına Respublika Gənclər Kitabxanası il ərzində vətənpərvərlik mövzusunda layihələr həyata keçiriblər.

Nazirlik tərəfindən ötən il elan edilən “Nizami Gəncəviyə məktub” beynəlxalq esse müsabiqəsi də başa çatıb. Müsabiqəyə 9 ölkədən 225 esse təqdim olunub. Hazırda müsabiqənin qiymətləndirmə prosesi aparılır və qaliblər bu il elan ediləcək.

Anar Kərimov il ərzində mədəniyyətin Qarabağa qaytarılması, işğaldan azad edilmiş ərazilərin mədəni irsinin və infrastrukturunun bərpası istiqamətində dövlətimiz tərəfindən ardıcıl işlərin həyata keçirildiyini bildirib. Qeyd edib ki, işğaldan azad olunmuş Şuşa, Cəbrayıl, Füzuli, Zəngilan, Xocavənd, Qubadlı, Laçın və Kəlbəcər rayonları ərazisində Mədəniyyət Nazirliyi tərəfindən ilkin monitorinqlər aparılıb. Bu monitorinqlərin nəticələri beynəlxalq instansiyalara təqdim olunacaq.

Məlum olduğu kimi, dövlət başçısı tərəfindən 2022-ci il ölkəmizdə mədəniyyət paytaxtımızın 270 illiyi şərəfinə “Şuşa İli” elan edilib. Nazirlər Kabinetinin qərarına əsasən, Mədəniyyət Nazirliyi bir sıra dövlət qurumlarının rəylərini nəzərə almaqla əlamətdar il münasibətilə tədbirlər planı hazırlayacaq.

Bildirilib ki, Qarabağımızı mədəniyyətin qaytarılması ötən il diqqətə saxlanılıb, “Böyük Qayıdış – mədəniyyətin dirçəlişi” beynəlxalq konfransı təşkil edilib. Eləcə də Heydər Əliyev Fondu ilə birlikdə uzun illərdən sonra Şuşada “Xarıbülbül” musiqi festivalı, Vaqif Poeziya Günləri keçirilib. Həmçinin Üzeyir Hacıbəyli Beynəlxalq Musiqi Festivalının bir neçə konserti dahi bəstəkarın yurdu Şuşada gerçəkləşib.

Anar Kərimov bildirib ki, nazirlik Zəfər və İşğal muzeylərinin yaradılması üzrə fəaliyyətə başlayıb. Ağdam, Füzuli və Cəbrayıla səfəri zamanı Prezident İlham Əliyev bu muzeylərin təməlini qoyub: “Mədəniyyətin Qarabağa qaytarılması” layihəsi çərçivəsində digər çoxsaylı layihələr də var ki, nazirlik olaraq öz töhfəmizi verməyə çalışırıq. Bu töhfələrdən biri də Heydər Əliyev Fondu və Şuşa qoruğu ilə birlikdə 3 məscid və 3 kilsənin bərpasıdır”.

Nazir qeyd edib ki, ötən il audiovizual və interaktiv media sahəsində görülən işlərin əksəriyyəti Qarabağımızın qurtuluşuna həsr olunub. Mədəniyyət Nazirliyinin dəstəyi ilə Bakı Media Mərkəzi və Cəfər Cabbarlı adına “Azərbaycanfilm” Kinostudiyası tərəfindən hazırlanan “Biz”, “Şuşa, sən azadsan” və “Fulya” filmi “İstimai” TV ilə birlikdə “Görünməyən qəhrəmanlar” 5 hissəli sənədli filmləri bu silsilədəndir: “Ötən il ərsəyə gələn filmlərimiz beynəlxalq festivallarda uğur qazanıb. Qəhrəmanlıq səhifəmizi əks etdirən filmlər üzərində iş davam edir. Qarşıda isə Vətən müharibəsində Zəfər mövzusunda bədii filmin istehsalı nəzərdə tutulur. “Böyük qayıdış” qısametrajlı bədii, sənədli və animasiya film layihələri müsabiqəsinin qalib layihələrinin filmlərinin çəkilişləri bu il də davam edəcək. “Nizami ili” ilə əlaqədar lentə alınan “Sevgi hekayəsi” filminin bu il başa çatdırılması nəzərdə tutulur”.

Hesabat məruzəsində, eyni zamanda, “Azərbaycanfilm”də aparılan islahatlar, 12-ci Beynəlxalq Qısametrajlı Filmlər Festivalı, IV “Animafilm” Beynəlxalq Animasiya Festivalı barədə də söz açılıb.

Anar Kərimov qeyd edib ki, nazirlikdə ayrıca Yaradıcı sənayelər və rəqəmsal inkişaf şöbəsi yaradılıb. 2022-ci ildə bu sahə prioritet istiqamətlərdən biri olacaq. Yeni mədəni dəyərlərin yaradılması, yaradıcı sənayelərin inkişafı hədəfi üzrə Azərbaycan Dizaynerlər Assosiasiyası, Azərbaycan Çağdaş İncəsənət İnstitutu və Azərbaycan Yaradıcı Sənayelər Federasiyasının yaradılması da 2021-ci ilin uğurlarındandır. Bu sahədə qanunvericilik bazasının təkmilləşdirilməsi də qarşıda duran vəzifələrdəndir.

Ötən ilin beynəlxalq mədəni əməkdaşlıq mənzərəsinə nəzər salan nazir diqqətə çatdırıb ki, Azərbaycan ilə Gürcüstan arasında “Yaradıcılıqda qırmızı körpü” yaradılıb. ICESCO Baş direktorunun ölkəmizə səfəri zamanı işğaldan azad edilmiş ərazilərimizə də səfər edib. Mədəniyyət Nazirliyi tərəfindən irəli sürülən “Mədəniyyət naminə sülh” qlobal kampaniyası, Şuşa şəhərinin qarşıdakı illərdə İslam və Türk dünyasının mədəniyyət paytaxtları elan edilməsi ilə bağlı ICESCO və TÜRKSOY-la səmərəli əməkdaşlıq davam etdirilib. ICESCO-nun Şuşada regional ofisinin yaradılması təklifi də ötən il müzakirə edilib.

Anar Kərimov UNESCO-nun işğaldan azad edilmiş ərazilərimizə texniki heyət göndərmək məsələsində ikili standartlarla qarşılaşdıqlarını bildirib. Ancaq mədəni irsimizin tanıdılması istiqamətində UNESCO ilə əməkdaşlıq davam etməkdədir. UNESCO ilə əməkdaşlıqda yeni pilot layihələrin hazırlandığını bildirən nazir təşkilatla əlaqələrin inkişafında Birinci vitse-prezident Mehriban xanım Əliyevanın xidmətlərini xüsusi vurğulayıb. Deyib ki, UNESCO-nun Qeyri-maddi mədəni irs siyahısına salınması məqsədilə “İpəkçilik və toxuculuq üçün ənənəvi ipək istehsalı”, “Sədəf sənəti”, “Pəhləvan – ənənəvi zorxana oyunları və idman növləri”, “Molla Nəsrəddin şifahi xalq ədəbiyyatı”, “Çay mədəniyyəti” və “Balaban sənətkarlığı və ifaçılıq sənətləri” nominasiya faylları üzrə müraciət ediləcək.

Anar Kərimov 2021-ci ildə Türkiyə, Gürcüstan, Özbəkistan, İtaliya və Misirə rəsmi səfər etdiyini də diqqətə çatdırıb.

Media və kommunikasiya sahəsində həyata keçirilən işlər barədə danışan nazir bildirib ki, ənənəvi olaraq CNN və “Euronews” kanallarında il ərzində mədəniyyətimizi təbliğ edən çarxlar nümayiş etdirilib. Eləcə də nazirliyin Media və kommunikasiya şöbəsinin reallaşdırdığı “Mədəniyyətimizin simaları”, “Xristian irsimizi tanıyaq”, “İslam irsimizi tanıyaq”, “Səhnədən səngərə: Şəhidlər” və “Səhnədən səngərə: Qazilər” layihələri ictimaiyyət tərəfindən maraqla qarşılanıb. “Mədəniyyətimin simaları” layihəsi üzrə 56 videoçarx hazırlanaraq təqdim olunub.

Sonra nazir Anar Kərimov çıxış üçün sözü Naxçıvan MR mədəniyyət naziri Natəvan Qədimovaya verdi. Natəvan Qədimova hesabatında qeyd edib ki, muxtar respublikasının Mədəniyyət Nazirliyi tərəfindən il ərzində NMR Ali Məclisi sədrinin fərman və sərəncamlarından, qəbul edilmiş dövlət proqramlarından irəli gələn vəzifələr icra edilib. C.Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrında Nizami Gəncəvinin “Sirlər xəzinəsi” poeması əsasında “Nizaminin sirlər xəzinəsi” adlı tamaşanın onlayn premyerası keçirilib. Ümumilikdə nazirlik il ərzində 75 tədbir reallaşdırıb. Nazirliyin təşkilatçılığı ilə solo oxuma – vokal və xanəndəlik üzrə muxtar respublika müsabiqəsi gerçəkləşib.

Daha sonra Azərbaycan Mədəniyyət Nazirliyinin 2021-ci ilə dair hesabatı təsdiq edilib. 2022-ci ilin I yarısı üzrə İş planı müzakirə olunub. Müzakirələrdə Milli Kitabxananın direktoru Kərim Tahirov və Teatr Xadimləri İttifaqının sədri Azər Paşa Nemətov öz təkliflərini səsləndiriblər.

Çıxışlardan sonra nazir Anar Kərimov İş planına təkrar baxılmasının vacibliyini qeyd edib. Diqqətə çatdırıb ki, irəli sürülən layihələr real büdcəyə əsaslanmalıdır. Buna görə də şöbələr iş planını yenidən nəzərdən keçirərək təqdim etməlidirlər.

Sonda nazir bir daha 2022-ci ildə kollegiya üzvlərinə uğurlar arzulayaraq dedi: “Bu il də fəaliyyət və hədəflərimiz məqsədyönlü olmalı və hər birimiz bunun üçün səmərəli fəaliyyət göstərməliyik. Çalışmalıyıq ki, 2022-ci ildə “Şuşa İli” fəaliyyətimizdə ana xətt kimi özünü göstərsin. Mədəniyyət sahəsində çalışan bütün əməkdaşlara cansağlığı və uğurlar arzulayıram”.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Dövlət Agentliyinin İdarə Heyətinin sədri Daşkəsən və Göygöl rayon sakinlərinin müraciətlərini dinləyib

Güclü külək Ağstafada bir sıra fəsadlar törədib

Azərbaycan və Qazaxıstan Xəzər dənizinin dibi ilə fiber-optik rabitə xəttinin çəkilməsini müzakirə edib

Xalq rəssamı Aydın Rəcəbovun 80 illik yubileyinə həsr olunmuş “Bir ömrün naxışları” sərgisi açılıb

Premyer Liqa: “Sumqayıt” Tovuzda vacib üç xalı qazanıb

Milli Məclisdə 14 məsələ müzakirə olunub, müvafiq qərarlar verilib YENİLƏNİB

Çin mütəxəssisləri Türkmənbaşı limanının imkanları ilə tanış olublar

Gürcüstan və AİB arasında əməkdaşlığın perspektivləri müzakirə edilib

Ceyhun Bayramov Əlcəzair səfirini bölgədəki cari vəziyyət barədə məlumatlandırıb

® “Bakcell”in baş icraçı direktoru Xankəndidə jurnalistlərlə görüşüb

Azərbaycanda icra edilən ürək əməliyyatı barədə məqalə ABŞ-ın nüfuzlu jurnalında dərc olunub

Hərbi liseyin 53 illik yubileyinə həsr olunmuş təntənəli mərasim keçirilib

Gürcüstanda yaşayan azərbaycanlılar dövlət proqramları və xidmətlər barədə məlumatlandırılıb

İqtisadiyyat nazirinin müavini Naxçıvanda vətəndaşların müraciətini dinləyib

ADSEA sədri Zaqatalada vətəndaşlarla görüşüb

Bakıda keçiriləcək beynəlxalq elmi konfransın iştirakçıları Qarabağa səfər ediblər

Əqli Mülkiyyət Agentliyində ixtiraçılıq və patent analitikası mövzusunda təlim keçirilib

® “Azercell”in dəstəyi ilə tələbələr arasında “Techcell” hakatonu keçiriləcək

Tbilisidə mitinqlər zamanı beş polis əməkdaşı yaralanıb

“Azərbaycan Hava Yolları” Avropa Beynəlxalq Hava Limanları Şurasına üzv olub

AzTU əməkdaşları beynəlxalq konfransda çıxış ediblər

® “Global Finance” “Kapital Bank”ı “Süni intellektin rəqəmsal transformasiyada ən yaxşı istifadəsi” mükafatına layiq görüb

İranın Parisdəki konsulluğuna girən şübhəli şəxs saxlanılıb

Azərbaycan-İtaliya çoxölçülü strateji tərəfdaşlıq münasibətləri müzakirə edilib

Aqrar Sığorta Fondunun İdarə Heyətinin sədri Göyçayda vətəndaşların müraciətlərini dinləyəcək

® Mərkəzi Gömrük Hospitalında “Abbott” şirkətinin nümayəndələri ilə onlayn görüş keçirilib

ADPU-da “Heydər Əliyev dərsləri” davam edir

EMTA ETRA ilə birgə Bakıda beynəlxalq seminar təşkil edib

Naxçıvanda “Sağlam həyat tərzi etibarlı gələcəyin təminatıdır” mövzusunda tədbir təşkil edilib

Kənd Təsərrüfatı Nazirliyi 2024-cü il üçün doktorantura və dissertanturaya qəbul elan edir

Qazaxıstanda yaşayan Qərbi azərbaycanlılar tarixi vətəni görmək arzusunu dilə gətiriblər

Gürcüstanın müdafiə naziri ABŞ generalı ilə görüşüb

Azərbaycan ilə Yaponiya arasında turizm əlaqələrinin perspektivləri müzakirə olunub

“Güclü cəmiyyətin zərif simaları” layihəsinə start verilib

ADPU ilə Rusiya İnformasiya və Mədəniyyət Mərkəzi əməkdaşlıq məsələlərini müzakirə edib

FHN-nin qurumları arasında stolüstü tennis üzrə çempionata yekun vurulub

“60 çiçək - bir çələng” almanaxının təqdimatı olub

Sahibkarlarla görüşdə quşçuluğun inkişaf perspektivləri müzakirə olunub

“Məhəmməd Füzuli və Şərq folkloru” - elmi konfrans

Türkiyə və İranın xarici işlər nazirləri regiondakı son vəziyyəti müzakirə ediblər

Fransanın səfirini geri çağırması Brüssel görüşündəki gizli razılaşmada nəzərdə tutulanların reallaşdırılmasına xidmət edir - RƏY

“World Weather Attribution”: Qərbi Afrikanı görünməmiş istilər bürüyüb

İsveçrədə “tarakanabənzər dron” hazırlanıb

® “PAŞA Holding”in təşkilatçılığı ilə növbəti “INMerge İnnovasiya Sammiti”ndə yutubun həmtəsisçisi çıxış edəcək

İranın Parisdəki konsulluğu polisdən müdaxilə tələb edib

Nyu-Yorkda azərbaycanlı gənclərlə şəbəkələşmə görüşü baş tutub

Xuliqanlıq niyyəti ilə qəsdən adam öldürməkdə təqsirləndirilən şəxs barəsində cinayət işi məhkəməyə göndərilib

Ürək xəstəliklərinə qalib gəlməyin təbii yolları

“Sabahın alimləri” XIII respublika müsabiqəsinin bağlanış mərasimi keçirilib

Konfrans Liqası: Türkiyəli futbolçunun vurduğu qol ən yaxşı seçilib

“Gənc istedadlar” liseyinin şagirdləri “Sabahın alimləri” XIII Respublika müsabiqəsinin qalibləri sırasında

Sumqayıtda “Heydər Əliyev irsi” kitabının təqdimatı keçirilib

“Qarabağ atları”, “Böyük alma”, “Əjdaha”... – AĞ ŞƏHƏRDƏN FOTOREPORTAJ

Rəsədxanada ustad dərsi: Günəş sisteminin kiçik göy cisimləri, kometalar

“DOST EVİ”nə ilk benefisiarların qəbulu aparılıb

DİM: 20 dövlət orqanında mövcud olan 43 vakant vəzifə daxili müsahibəyə çıxarılıb

Ödənişi gecikdirilmiş 35 min manatdan çox vəsaitin işçilərə ödənilməsi təmin edilib

BDU-da çiçəkəkmə aksiyası

Elm və təhsil naziri Samuxda vətəndaşları qəbul edib

Bu il DİN və prokurorluq üzrə qeydə alınan 8 min 930 cinayətin 85 faizi açılıb

CFCM: Fransada islamofobiya halları son dərəcə artıb

Ombudsman fərdi qaydada vətəndaşların müraciətlərini dinləyib

Gəncədə regional müşavirə: Meşə və meşəətrafı ərazilərdə yanğın təhlükəsizliyi

Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyasının və Ermənistan Respublikası ilə Azərbaycan Respublikası arasında dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi Komissiyasının 8-ci görüşünün yekunlarına dair mətbuat açıqlaması VİDEO

Bu il Ağgöl Milli Parkında 78 minə yaxın ornitofauna nümunəsi qeydə alınıb

Faktiki hava: Xınalığa dolu düşüb

Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 15 iyul tarixli 305 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Miqrasiya orqanlarına qulluğa qəbul olunmaq üçün namizədlərlə müsabiqə və müsahibənin keçirilməsi qaydaları haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Qazax, Ağstafa və Tovuz sakinlərinin uşaq hüquqları ilə bağlı müraciətlərinə baxılıb

Lavrov: Rusiya Ukrayna ilə bağlı danışıqlara hazırdır, lakin danışıqlar müddətində hərbi əməliyyatlara ara verməyəcək

“Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 9 iyun tarixli 900-VIKQD nömrəli Konstitusiya Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Sergey Lavrov: Avropa İttifaqının Ermənistandakı müşahidə missiyası NATO-nun missiyasına çevrilir

Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 29 dekabr tarixli 907 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Təhsildə Keyfiyyət Təminatı Agentliyinin Nizamnaməsi”ndə dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

“Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2024-cü il 29 mart tarixli 1114-VIQD nömrəli Qanununun tətbiqi və “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikası Qanununun və həmin Qanunla təsdiq edilmiş Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 25 avqust tarixli 387 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Professor Kamran İmanov beynəlxalq konfransda çıxış edib

Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikasının Qanunu

Türkiyə Prezidenti gündəmdəki məsələlərlə bağlı açıqlama verib

Dubay aeroportu təyyarələrin qəbulunu 48 saatlıq məhdudlaşdırıb

Təsisçi Bakı Fransız Liseyi Təhsil Kompleksinin ləğv olunmasının səbəbini açıqlayıb

DİM sədri: Qəbul imtahanlarında tətbiq olunacaq yeniliklər azı iki il əvvəl elan edilir

Əməyin təhlükəsizliyi və gigiyenası sahəsində Türkiyə ilə təcrübə mübadiləsi aparılır

Keşlədə kustar üsullarla kütləvi saxta məhsullar hazırlayan sex aşkar edilib

Fransalı gimnast: Bakı çox ecazkar və müasir şəhərdir

Arzu Babayeva: Ağgöl Milli Parkında ceyran populyasiyası müsbət dinamika ilə inkişaf edir

Beynəlxalq Ədalət Məhkəməsində Azərbaycanın qaldırdığı etirazlarla bağlı ictimai dinləmələr başa çatıb

Laləli çəmənlik görmək istəyənlər, Ağgöl Milli Parkına tələsin

ETX-nin məktəblərdə kibertəhlükəsizlik mövzusunda maarifləndirilmə layihəsi davam edir

“AzInTelecom” BMT-nin Qlobal Sazişinə qoşulub

Paytaxtda saxta alkoqollu içkilərin satışa çıxarılmasının qarşısı alınıb

Azərbaycan gimnastı: Karyeramda ən böyük dəstəkçim anamdır

Azərbaycan ilə Türkiyə muzeyləri arasında əməkdaşlıq imkanları müzakirə olunub

NASA ən maraqlı kosmik missiyanı təsdiqləyib

“Qəbələ” israilli futbolçu ilə vidalaşıb

Azərbaycan uşaq ədəbiyyatı: uğurlar, qayğılar...

Daha iki qanun layihəsi Milli Məclisin plenar iclasına tövsiyə edilib

PFL-in prezidenti: Qəzadan sonra 9 dəfə əməliyyat olundum - MÜSAHİBƏ

BMU tələbələri ev heyvanlarının məsafədən qidalanmasına imkan verən cihaz hazırlayıblar

Azərbaycanın Rumıniya ilə hazırladığı layihə NATO tərəfindən təsdiqlənib

Azərbaycanın Baş prokuroru Beynəlxalq Prokurorlar Assosiasiyasının vitse-prezidenti seçilib

BŞTİ: Bakı Fransız Liseyində təhsil alan uşaqların dövlət təhsil müəssisələrinə köçürülməsi təmin edilə bilər

Bakı hava limanı yenidən “Skytrax” mükafatına layiq görülüb