MƏDƏNİYYƏT


Mədəniyyət Sarayında ilk dəfə məktəbə yollanacaq uşaqlarla görüş olub

Bakı, 13 sentyabr, AZƏRTAC

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Ə.Əmirov adına Mədəniyyət Sarayında “Bilik günü” münasibətilə sarayda fəaliyyət göstərən məktəbəqədər hazırlıq kurslarını bitirib məktəbə gedəcək uşaqlarla görüş təşkil edilib.

Baş İdarədən AZƏRTAC-a bildirilib ki, tədbirdə sarayın direktoru İ.Əhmədov çıxış edərək “Bilik günü” münasibətilə uşaqları təbrik edib və onlara yeni dərs ilində müvəffəqiyyətlər arzulayıb.

Daha sonra şagirdlər şeirlər söyləyiblər.

Sonda azyaşlılara kitab və məktəb ləvazimatları təqdim edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.