MƏDƏNİYYƏT


Mədəniyyət evində Beynəlxalq Qadınlar Günü ilə bağlı konsert proqramı təqdim edilib

Bakı, 9 mart, AZƏRTAC

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Zığ qəsəbə Mədəniyyət evində 8 Mart – Beynəlxalq Qadınlar Gününə həsr olunmuş bayram konserti keçirilib.

Baş İdarədən AZƏRTAC-a bildirilib ki, konsert “Şəms” instrumental ansamblının təqdimatında “Azərbaycan” musiqisinin səsləndirilməsi ilə başlayıb.

Tədbirin aparıcısı Nurlan Həsənzadə Beynəlxalq Qadınlar Günü münasibətilə tədbir iştirakçılarını təbrik edib, ölkəmizdə qadınlara göstərilən dövlət qayğısından, onların cəmiyyətimizdə tutduqları yüksək mövqedən danışıb.

Konsertdə müxtəlif rəqs ansambllarının ifaları tamaşaçıların könlünü oxşayıb.

Tədbirdə, həmçinin 65 və 317 nömrəli tam orta məktəblərin müəllim və şagird kollektivi də fəal iştirak ediblər. Onların ifasındakı şeir və mahnılar konsertə daha da rəngarənglik qatıb.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.