MƏDƏNİYYƏT


Mədəniyyət evində Cəlil Məmmədquluzadənin anadan olmasının 150 illik yubileyi qeyd edilib

Bakı, 11 fevral, AZƏRTAC

Fevralın 11–də Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Ş.Ələkbərova adına Mədəniyyət evi Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, yazıçı, dramaturq, publisist və ictimai xadim Cəlil Məmmədquluzadənin anadan olmasının 150 illik yubileyinə həsr olunmuş tədbir keçirib.

Baş İdarədən AZƏRTAC-a bildirilib ki, tədbiri Mədəniyyət evinin direktoru Cabbar Süleymanov açaraq böyük sənətkarın həyat və yaradıcılığı barədə məlumat verib.

Sonra yazıçı, dramaturq Arzu Hacızadə “Cəlil Məmmədquluzadənin satirasının demokratik məzmunda inkişaf yolları” mövzusunda çıxışında C.Məmmədquluzadənin dram və əsərlərinin özündə milli, ümumbəşər dəyərlərini əks etdirməsindən və “Molla Nəsrəddin” jurnalının nəşrinə başlamaqla Azərbaycanda və eləcə də türk-müsəlman dünyasında ilk dəfə satirik jurnalistikanın əsasını qoyması haqqında danışıb.

Sonda Cəlil Məmmədquluzadənin əsərlərindən ibarət ədəbi-bədii kompozisiya təqdim edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.