MƏDƏNİYYƏT
Mədəniyyət evində “Zülmdən doğan işıq” adlı filmin təqdimatı olub
Bakı, 8 may, AZƏRTAC
Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin təşkilatçılığı ilə Şüvəlan qəsəbə Mədəniyyət evində “Zülmdən doğan işıq” adlı ədəbi-bədii sənədli filminin təqdimatı keçirilib.
Baş İdarədən AZƏRTAC-a bildirilib ki, təqdimat Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, böyük yazıçı və dramaturq Cəfər Cabbarlının 120 illik yubileyinə həsr olunub.
Tədbirdə Cəfər Cabbarlının ev-muzeyinin direktoru Qəmər Bağırova çıxış edərək görkəmli yazıçının həyat və yaradıcılığı, xüsusilə, istiqlal dövrü, sovet dövründə yaradıcılığının gizli saxlanılan məqamları haqqında danışıb.
Yaradıcı heyət adından çıxış edən ssenari müəllifi və rejissor Babək Abbaszadə və bədii rəhbər Tahir Tahiroviç filmdə dramaturqun Azərbaycan Xalq Cümhuriyyəti parlamentində gördüyü işlərdən, “İstiqlal” qəzetinin redaktoru kimi fəaliyyətindən, həbsxana dövründə yazdığı şeirlərdən, həmçinin şəxsi həyatının naməlum qalmış səhifələrindən bəhs edildiyini vurğulayıblar.
Sonra film nümayiş olunub.