MƏDƏNİYYƏT


Mədəniyyət evləri rəhbərləri ilə pandemiyadan sonrakı dövrdə görüləcək işlər müzakirə edilib

Bakı, 5 iyun, AZƏRTAC

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyində olan mədəniyyət evləri və klub direktorlarının iştirakı ilə videokonfrans formatında onlayn iclası keçirilib.

İdarədən AZƏRTAC-a bildirilib ki, qurumun rəisi Cəlil Məlikov iclası açaraq mədəniyyət evləri və klubların pandemiya dövründəki fəaliyyətinə toxunub və qarşıda duran əsas vəzifələri diqqətə çatdırıb.

Daha sonra mədəniyyət müəssisələrinin direktorları çıxış edərək görülən işlər, həyata keçirilən və nəzərdə tutulan layihələr barədə geniş məlumat veriblər. Müəssisələrin pandemiyadan sonrakı dövrdə beynəlxalq əməkdaşlıq sahəsində görə biləcəkləri işlər haqqında fikir mübadiləsi aparılıb və təkliflər irəli sürülüb.

İclasa yekun vuran idarənin rəisi Cəlil Məlikov qarşıya qoyulan vəzifələrin reallaşmasında bütün müəssisələrə uğurlar arzulayıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.