MƏDƏNİYYƏT
Mədəniyyət işçiləri Ulu Öndərin xatırəsini ehtiramla anıblar
Bakı, 6 may, AZƏRTAC
Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Aşıq Rza Qobustanlı adına Mədəniyyət evinin təşkilatçılığı ilə xalqımızın ümummilli lideri Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr olunmuş tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə Milli Məclisin deputatı Aydın Hüseynov, Qaradağ Rayon İcra Hakimiyyəti başçısının müavini Təranə İsmayılova, Baş İdarənin rəisi İbrahim Əliyev, mədəniyyət xadimləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Çıxış edənlər ulu öndər Heydər Əliyevin mədəniyyət sahəsinin inkişafına göstərdiyi qayğı, incəsənət işçilərinə diqqət barədə ətraflı məlumat veriblər.
Tədbirin davamında ümummilli lider Heydər Əliyevin həyat və yaradıcılığından bəhs edən videoçarx nümayiş olunub.
Bədii hissədə ölkəmizin incəsənət ustaları və mədəniyyət evinin özfəaliyyət kollektivinin üzvləri çıxışlar ediblər.