MƏDƏNİYYƏT


Mədəniyyət işçiləri arasında intellektual turnirin üçüncü mərhələsi təşkil olunub

Bakı, 19 noyabr, AZƏRTAC

Noyabrın 19-da Mədəniyyət Nazirliyinin Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin təşkilatçılığı və Gəncə Regional Mədəniyyət İdarəsinin dəstəyi ilə Gəncə Dövlət Universitetində intellektual turnirin sonuncu, üçüncü mərhələsi keçirilib.

Mərkəzdən AZƏRTAC-a bildirilib ki, turnirdə Gəncə, Bərdə, Ağcabədi, Ağdaş Regional Mədəniyyət İdarələri, həmçinin Gəncə Dövlət Universitetinin mədəniyyət könüllüləri təmsil olunub.

Qeyd edək ki, mərkəz tərəfindən keçirilən gənc mədəniyyət işçiləri arasında intellektual turnirin ilk mərhələsi bu ilin oktyabrın 1-də Şamaxı şəhərində, ikinci mərhələsi isə oktyabrın 25-də Lənkəran şəhərində keçirilib.

İntellektual turnirin ilk mərhələsində Sumqayıt, Xaçmaz, Kürdəmir, Şəki, Şəmkir və İsmayıllı regional mədəniyyət idarələrinin, ikinci mərhələsində isə Lənkəran, Masallı, Biləsuvar, Sabirabad regional mədəniyyət idarələrinin təmsil olunduğu komandalar iştirak edib. Bununla yanaşı, intellektual oyunda Azərbaycan Dövlət Pedaqoji Universitetinin Şamaxı filialında təhsil alan mədəniyyət könüllüləri, habelə Lənkəran Dövlət Universitetinin mədəniyyət könüllüləri də təmsil olunub.

Tədbirin yekunu olaraq ilkin mərhələdə mədəniyyət könüllüləri və Sumqayıt, ikinci mərhələdə isə Xəzər və Masallı komandaları final mərhələsinə vəsiqə qazanıb.

İntellektual turnirin məqsədi gənc mədəniyyət işçilərinin hazırlıq səviyyəsinin artırılması, onlar arasında koordinasiyanı gücləndirmək və intellektual turnirlərdə iştirak səriştələrin formalaşdırılmasını təmin etmək, cəld və analitik düşünmə bacarığını inkişaf etdirməkdir. Bundan əlavə, gənclər arasında dostluq, yoldaşlıq münasibətləri və komanda ruhunu formalaşdırması və inkişaf etdirilməsidir.

Oyunda iştirak edən 5 komanda dünya və Azərbaycan mədəniyyətinə həsr olunmuş 24 suala cavab verməli idi. Oyunun qalibi Gəncə Regional Mədəniyyət İdarəsinin komandası olub. İkinci yerdə Gəncə Dövlət Universitetinin könüllüləri və üçüncü yerdə isə Ağcabədi Rayon Mədəniyyət İdarəsinin komandası olub.

Dekabrın 8-də Bakıda keçiriləcək final mərhələsinə vəsiqə qazanan komandalar diplom və həvəsləndirici hədiyyə ilə təltif olunublar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.