MƏDƏNİYYƏT


“Mədəniyyət” kanalında yeni layihə - “Bizi birləşdirən mədəniyyət”

Bakı, 17 sentyabr, AZƏRTAC

“Mədəniyyət” kanalının direktoru Ramil Qasımovun aparıcılığı ilə sözügedən kanalda “Bizi birləşdirən mədəniyyət” adlı yeni layihə efirə başlayır.

Layihənin aparıcılıq missiyasını öz üzərinə götürən Ramil Qasımov AZƏRTAC-a bildirib ki, yeni veriliş “Mədəniyyət” kanalı və Mədəniyyət Nazirliyinin birgə layihəsidir: “Azərbaycan Televiziyasında ölkəmizin mədəniyyətinin inkişafı və təbliğinə xidmət göstərən verilişlərin sırasına daha bir verilişimiz qoşulur. - “Bizi birləşdirən mədəniyyət”... Verilişimizin əsas qayəsi zəngin mədəni tariximizi, əsrlərdən süzülüb gələrək bu günümüzə çatmış qədim milli-mənəvi dəyərlərimizi, tarixdə iz qoymuş sənətkarlarımızı bir daha xalqa və dünyaya təbliğ etmək, müasir dövrdə formalaşan, yetişən istedadlı gəncləri xalqımıza tanıtdırmaqdır. Əlbəttə ki, bütün bu işlərdə ölkəmizin, ölkə rəhbərliyinin göstərdiyi diqqət, qayğı danılmazdır. Verilişimizdə, həmçinin qarşıda duran vacib məsələlər haqqında müzakirələri planlaşdırırıq”.

Verilişin ilk qonağı Azərbaycanın Mədəniyyət naziri Əbülfəs Qarayevdir.

Verilişin ilk buraxılışı Milli Musiqi Günü, yəni sentyabrın 18-də, saat 21:30-da kanalda yayımlanacaq.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.