MƏDƏNİYYƏT


“Mədəniyyət” kanalının “Səhərçağı” proqramı yeni mövsümə yeniliklərlə başlayır

Bakı, 12 sentyabr, AZƏRTAC

“Mədəniyyət” kanalının “Səhərçağı” proqramı 2019-cu il martın 1-dən efirdədir və həftəiçi 5 gün 3 saat (8.00-dan 10.00-a kimi) canlı olaraq yayımlanır. Teleməkanda mədəniyyətlə bağlı ilk səhər proqramı olan “Səhərçağı”nın gündəmini mədəni həyatda baş verən bütün hadisələr təşkil edir. Proqram respublikamızın, eləcə də dünyanın mədəniyyət aləmindən ən son yenilikləri tamaşaçıların diqqətinə çatdırır, yaradıcı insanların fəaliyyətini daim izləyir, onları tamaşaçıların görüşünə gətirir.

AZƏRTAC xəbər verir ki, “Səhərçağı” bu mövsümdə tamamilə yenilənmiş studiya və dekorasiya ilə sentyabrın 14-də saat 08:00-dan tamaşaçıların görüşünə gələcək.

Proqramın maraqlı rubrikaları tamaşaçılar tərəfindən çox sevilir. “Həftənin mədəniyyət yekunu”, “Vernisaj”, “Sənət söhbətləri”, “Dünya irsi”, “Bestseller”, “Emalatxanada bir gün”, “Addım-addım”, “Bağa baxarsan”, “Fashion time”, “Kulis”, “Dequstator” və digər rubrikalarda mədəniyyətin müxtəlif sahələrinə diqqət ayrılır.

Ölkəmizdə yaşayan azsaylı xalqların, millətlərin zəngin mədəniyyətindən xəbər verərək, Azərbaycanın apardığı multikulturalizm siyasətinə töhfə vermək də proqramın başlıca missiyalarındandır.

“Ölkəmizi tanıyaq və tanıdaq” adı altında paytaxt və regionlardakı qədim və müasir məkanlara, mədəniyyət müəssisələrinə bağlanaraq, bura ezam olunmuş müxbirlərlə canlı bağlantılar yaradılması tamaşaçılar tərəfindən rəğbətlə qarşılanır.

“Səhərçağı”nı Əməkdar artist Elnur Kərimov, Könül Nəsimova, Emil Şahzadə və Səbinə Öz aparacaqlar. Proqramın rəhbəri Nəcibə Əlixanovadır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.