MƏDƏNİYYƏT
Mədəniyyət mərkəzində “Qarabağ Azərbaycandır!” adlı tədbir keçirilib
Bakı, 25 oktyabr, AZƏRTAC
Oktyabrın 25-də Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Qızıldaş qəsəbə Mədəniyyət Mərkəzində fəaliyyət göstərən Polad Həşimov adına idman klubu İkinci Qarabağ müharibəsi şəhidlərinin ildönümünə həsr olunmuş “Qarabağ Azərbaycandır!” adlı tədbir keçirib.
İdarədən AZƏRTAC-a bildirilib ki, əvvəlcə Dövlət Himni səsləndirilib, şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Polad Həşimov adına idman klubunun prezidenti Eyvaz Hüseynov qonaqları salamlayaraq Vətən müharibəsi qazilərini səhnəyə dəvət edib. Qazilər öz döyüş yolları haqqında təəssüratlarını tədbir iştirakçıları ilə bölüşüblər.
Tədbirdə Polad Həşimovun anası Səmayə ana şəhid ailələrini səhnəyə dəvət edib və Polad Həşimov adına idman klubu adından onları “Zəfər” diplomu ilə mükafatlandırılıb. Ardınca həmin klubun idmançıları Fəxri fərmanlarla təltif olunublar.
Sonda tədbir iştirakçıları qəsəbə və qəsəbə ətrafında yerləşən Şəhidlər xiyabanını ziyarət ediblər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 19.04.2024 [20:37]
Venesiya Biennalesində Azərbaycan pavilyonunun açılışı olub
- 19.04.2024 [18:06]
“60 çiçək - bir çələng” almanaxının təqdimatı olub
- 19.04.2024 [15:52]
Azərbaycan uşaq ədəbiyyatı: uğurlar, qayğılar...
- 19.04.2024 [15:37]
Əməkdar incəsənət xadimi Məmmədağa Umudovla görüş
- 19.04.2024 [14:28]
Naxçıvanda “Sazlı, sözlü kəlağayı günləri” silsilə tədbirlərlə davam edib
- 19.04.2024 [12:52]
“Cırtdan” balacaları Şuşa Teatrında qarşılayacaq
- 19.04.2024 [11:41]