MƏDƏNİYYƏT


Mədəniyyət naminə sülh təşəbbüsü ilə bağlı 5 illik fəaliyyət planı hazırlanacaq VİDEO

Bakı, 2 dekabr, AZƏRTAC

Mədəniyyət naminə sülh təşəbbüsü ilə bağlı 5 illik fəaliyyət planı hazırlayacağıq.

AZƏRTAC xəbər verir ki, bunu mədəniyyət naziri Anar Kərimov jurnalistlərə açıqlamasında deyib.

Nazir bildirib ki, təşəbbüsün məqsədi postkonflikt və postmüharibə dövrlərindən sonra mədəniyyətin dirçəlməsi və qorunması üçün davamlı sülhün təmin edilməsidir: "Davamlı sülh olduğu yerdə davamlı inkişaf olur. Mədəniyyət canlanır və inkişaf edir. Qarabağda da məhz bunu istəyirik. Artıq 3 beynəlxalq təşkilat təşəbbüsü dəstəkləyir. Prezident İlham Əliyev də mədəniyyət naminə sülh təşəbbüsünə böyük dəstək verir. Bu ideyanın gerçəkləşməsi üçün ayrıca maliyyə də ayrılıb. İndi planımız tərəfdaş təşkilatlarla 5 illik fəaliyyət planı tərtib etməkdir. 5 il ərzində bu ideyanın kağızda yox, əməldə icra edilməsinə nail olmaq istəyirik".

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.