MƏDƏNİYYƏT


Mədəniyyət naziri Bakı şəhərində vətəndaşları qəbul edib

Bakı, 14 oktyabr, AZƏRTAC

Oktyabrın 14-də Mədəniyyət naziri Əbülfəs Qarayev Bakı Şəhər Mədəniyyət Baş İdarəsində bu il növbəti dəfə vətəndaşları qəbul edib.

Nazirlikdən AZƏRTAC-a bildirilib ki, Ə.Qarayev görüşdə iştirak edən vətəndaşlar tərəfindən səsləndirilən müxtəlif məzmunlu müraciətləri dinləyib.

Qəbula yazılmış vətəndaşlar mədəniyyət müəssisələrinin fəaliyyətinin təkmilləşdirilməsi, musiqi və incəsənət məktəblərinin, teatrların fəaliyyəti ilə bağlı təklif və müraciətlərini diqqətə çatdırıblar. Həmçinin paytaxt sakinlərinin fəxri adların verilməsi, təhsil, işlə təmin olunma və digər məsələlərlə bağlı xahiş və təkliflərinə baxılıb.

Qəbulda müraciətlərin bir qismi həllini tapıb, digər məsələlər araşdırılması üçün nəzarətə götürülüb.

Nazir Əbülfəs Qarayev sakinlərin qaldırdıqları bir sıra məsələlərlə əlaqədar lazımi tədbirlərin görülməsi üçün tapşırıqlar verib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.