REGİONLAR


Mədəniyyət naziri Gəncədə olub

Gəncə, 8 fevral, Rauf Hacıyev, AZƏRTAC

Azərbaycan Respublikasının mədəniyyət naziri Əbülfəs Qarayev Gəncə şəhərində olub.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, nazir Əbülfəs Qarayev və Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov şəhərin qədim tarix-memarlıq abidələri olan Şah Abbas və Uğurlu xan karvansaralarında aparılan əsaslı təmir-bərpa və yenidənqurma ilə əlaqədar son tamamlama işləri ilə tanış olublar.

Sonra nazir və icra hakimiyyətinin başçısı Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyasına gəliblər. Burada yeni yaradılmış Urban Mərkəzi barədə məlumat verilib. Əbülfəs Qarayev Gəncə Dövlət Filarmoniyasında fəaliyyət göstərən musiqi kollektivlərinin fəaliyyəti ilə maraqlanıb, çıxışlarını izləyib.

“Göygöl” Dövlət Mahnı və Rəqs Ansamblının, Kamera Orkestrinin, Xalq Çalğı Alətləri Orkestrinin, yeni yaradılmış Uşaq Rəqs Ansamblının, “Xəmsə” Estrada Ansamblının və xor kollektivinin fəaliyyəti barədə məlumat verilib.

Mədəniyyət naziri və şəhər icra hakimiyyətinin başçısı daha sonra Gəncə çayının sağ sahilində Gəncə Dövlət Dram Teatrının yeni binasının inşası ilə əlaqədar görülən işlərlə tanış olublar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.