MƏDƏNİYYƏT


Mədəniyyət naziri Sabirabadda tarixi tikiliyə və tarix-diyarşünaslıq muzeyinə baxış keçirib

Bakı, 17 iyun, AZƏRTAC

Azərbaycan Respublikasının mədəniyyət naziri Anar Kərimov Beyləqan rayonuna səfərdən qayıdarkən iyunun 17-də Sabirabad şəhərində olub.

Mədəniyyət Nazirliyindən AZƏRTAC-a bildirilib ki, nazir Sabirabad şəhərində yerləşən tarixi tikiliyə – “Köhnə hamam”a baxış keçirib. Bildirilib ki, “Köhnə hamam” 1900-cü ildə yerli sakin Seyid Mirmusa Tağıyev tərəfindən inşa olunub və istifadəyə verilib. Tikili Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq qərarı ilə yerli əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələrinin siyahısına (inventar nömrəsi 4951) daxil edilib.

Anar Kərimov Sabirabad Tarix-Diyarşünaslıq Muzeyində Mədəniyyət Nazirliyinə ayrılan büdcə vəsaiti hesabına aparılan bədii tərtibat işləri ilə də tanış olub. Nazirə muzeyin yenilənən ekspozisiyası haqqında ətraflı məlumat verilib.

Anar Kərimov işlərin vaxtında, keyfiyyətlə həyata keçirilməsi ilə bağlı müvafiq tapşırıq və tövsiyələrini verib.

Xatırladaq ki, nazir Anar Kərimov iyunun 16-da Beyləqan rayonunda vətəndaşların qəbulunu keçirib, həmçinin rayondakı bır sıra mədəniyyət müəssisələrinin fəaliyyəti ilə tanış olub, tarixi abidələrə baş çəkib.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.