MƏDƏNİYYƏT


Mədəniyyət naziri TÜRKSOY-un baş katibi İlə görüşüb

Bakı, 23 may, AZƏRTAC

Mədəniyyət naziri Anar Kərimov Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı - TÜRKSOY-un baş katibi Sultan Rayevlə görüşüb.

Nazirlikdən AZƏRTAC-a bildirilib ki, görüş zamanı nazir Anar Kərimov Şuşa şəhərində keçirilən “Postmünaqişə humanitar gündəliyinin inkişaf etdirilməsi: mədəni mühitin canlandırılması yolu ilə davamlı inkişaf” mövzusunda beynəlxalq konfransda aktiv iştirakına görə Sultan Rayevə təşəkkürünü bildirib və TÜRSKOY-un türk xalqları arasındakı mədəni və dostluq münasibətlərinin möhkəmlənməsində rolunu vurğulayıb, eləcə də türk dünyasının mənəvi və mədəni tərəqqisi üçün əlindən gələni edəcəyinə əminliyini ifadə edib. Nazir, həmçinin ölkəmizin təşəbbüskarı olduğu bir sıra bu qəbildən olan beynəlxalq layihələrin, tədbirlərin 2023-cü il üçün türk dünyasının mədəniyyət paytaxtı Şuşada keçirilməsinin nəzərdə tutulduğunu bildirib.

Sultan Rayev də, öz növbəsində, nazirə təşəkkür edərək Azərbaycanın mədəniyyət beşiyi sayılan Şuşa şəhərində mədəni tədbirlərin təşkilinin təqdirəlayiq olduğunu və Azərbaycan Mədəniyyət Nazirliyinin reallaşdırdığı hər bir layihədə yaxından iştirak etməyə və dəstək verməyə hazır olduqlarını qeyd edib.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.