MƏDƏNİYYƏT


Mədəniyyət naziri Türkiyə Prezident Administrasiyasının ictimaiyyətlə əlaqələr idarəsinin rəhbəri ilə görüşüb

Bakı, 3 mart, AZƏRTAC

Azərbaycan Respublikasının mədəniyyət naziri Anar Kərimov martın 2-də Türkiyə Prezident Administrasiyasının ictimaiyyətlə əlaqələr idarəsinin rəhbəri Fəxrəddin Altunla görüşüb.

Mədəniyyət Nazirliyindən AZƏRTAC-a bildirilib ki, Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpası və parlaq Zəfəri ilə nəticələnən 44 günlük Vətən müharibəsindən söz açan Fəxrəddin Altun Qarabağın işğaldan azad edilməsində Türkiyənin Azərbaycanla media sahəsində də yaxından əməkdaşlıq etdiyini vurğulayıb, qardaş ölkələr arasında mədəniyyət sahəsində də əməkdaşlığın gücləndirildiyini diqqətə çatdırıb.

Görüşdə Türkiyə Prezident Administrasiyasının ictimaiyyətlə əlaqələr idarəsi tərəfindən üç dildə çap edilən “Qarabağda 44 gündə gələn Zəfər” kitabı Türkiyə-Azərbaycan qardaşlığının nişanəsi olduğu ifadə edilib.

Nazir Anar Kərimov görüşdən məmnunluğunu ifadə edərək Türkiyənin göstərdiyi dəstəyin heç zaman unudulmayacağını bildirib. Ermənistanın Qarabağda maddi-mənəvi irsə vurduğu ziyanın miqyasını dünyaya nümayiş etdirmək üçün “Peace for Culture” adı altında kampaniyanın başladılacağını diqqətə çatdırıb.

F.Altun Azərbaycanın işğaldan azad olunan ərazilərində Ermənistan tərəfindən mədəni irsə dəymiş ziyanın miqyasının dünyaya çatdırılmasında Türkiyənin Azərbaycanla həmrəylik göstərəcəyini milli vəzifə kimi qəbul etdiklərini dilə gətirib.

Görüşdə ölkələr arasında media, kommunikasiya siyasəti, mədəni əlaqələr, kino sahəsində əməkdaşlıq məsələləri müzakirə edilib, qarşılıqlı maraq doğuran digər mövzularda fikir mübadiləsi aparılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.