ELM VƏ TƏHSİL


Mədəniyyət: problemlər və perspektivlər” mövzusunda beynəlxalq elmi konfrans keçiriləcək

Bakı, 23 yanvar, AZƏRTAC

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti tərəfindən ölkəmizin Vətən müharibəsində əldə etdiyi şanlı Qələbəyə həsr olunmuş “Qarabağ Azərbaycandır!” devizi ilə “Mədəniyyət: problemlər və perspektivlər” mövzusunda doktorant və gənc tədqiqatçıların XV beynəlxalq elmi konfransı keçiriləcək.

Bu barədə AZƏRTAC-a universitetdən məlumat verilib. Bildirilib ki, martın 11-12-də təşkil olunacaq konfransın mövcud pandemiya şəraitinin davam edəcəyi təqdirdə onlayn keçirilməsi nəzərdə tutulur.

Konfransda iştirak etmək istəyənlər məqalələrini yanvarın 25-dək journal.admiu@gmail.com elektron ünvanına göndərə bilərlər.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.