Azərbaycan Dövlət İnformasiya Agentliyi

MƏDƏNİYYƏT

“Mədəniyyət” qəzeti “İmadəddin Nəsimi 650” adlı xüsusi buraxılış hazırlayıb

Bakı, 11 iyul, AZƏRTAC

Azərbaycan xalqına mənsub olan Nəsimi kimi nadir bir şəxsiyyəti dünya elminə, dünya mədəniyyətinə tanıtmaq, şübhəsiz ki, xalqımızın hörmətini yüksəltmək deməkdir.

Mədəniyyət Nazirliyindən AZƏRTAC-a bildirilib ki, ümummilli lider Heydər Əliyevin mütəfəkkir şairin 600 illiyi ilə bağlı dediyi bu sözlər “Mədəniyyət” qəzetinin yenicə çapdan çıxan “İmadəddin Nəsimi 650” adlı xüsusi buraxılışında diqqətə çatdırılır.

Xüsusi buraxılış dahi şairin yubileyinə, “Nəsimi ili”nə töhfə olmaqla bərabər, respublikamızda, eləcə də xarici ölkələrdə bu mövzuda keçirilən tədbirləri, mədəniyyət layihələrini bir daha məcmu halda oxuculara təqdim edir. Nəfis tərtibatlı, rəngli, 48 səhifəlik xüsusi buraxılış “Mədəniyyət” qəzeti və “Baku Guide” MMC-nin birgə nəşri olaraq ərsəyə gəlib.

Dahi şairin 650 illiyi və “Nəsimi ili” haqqında ölkə başçısının sərəncamları ilə açılan nəşrdə qeyd edilir ki, Nəsiminin zəngin irsinin belə geniş miqyasda təbliği Azərbaycan xalqının çoxəsrlik tarixə malik mədəniyyət və ədəbiyyatının növbəti təntənəsidir. Vurğulanır ki, Nəsimi irsinin Azərbaycan xalqının mənəviyyat xəzinəsində layiqli yerini tutması, yaradıcılığının tədqiqi və təbliği, dünyada tanıdılması ümummilli lider Heydər Əliyevin fəaliyyəti ilə bilavasitə bağlıdır. Ötən əsrin 70-ci illərində Ulu Öndərin təşəbbüsü ilə Nəsiminin 600 illiyinin UNESKO səviyyəsində qeyd edilməsi təkcə böyük şairin deyil, ümumilikdə Azərbaycanın dünyaya təqdimatı baxımından xüsusi əhəmiyyət kəsb edirdi.

“Xalq öz dühaları ilə dünyada tanınır” başlıqlı yazıda bu barədə ətraflı bəhs edilir. Heydər Əliyev 1973-cü il sentyabrın 14-də Nəsiminin 600 illiyinə həsr olunan mərasimdə bu yubileyin əhəmiyyətini vurğulayaraq demişdi: “Bu günlər qədim Azərbaycan torpağında böyük bayramdır, poeziya bayramı, ədəbiyyat bayramı, bədii söz bayramıdır. Bəşəriyyət onu mənəvi cəhətdən zənginləşdirən simaları həmişə yüksək qiymətləndirmişdir. Azərbaycan xalqı öz böyük övladlarının – Nizaminin, Xaqaninin, Füzulinin və başqalarının adlarını iftixarla çəkir. Bu gün isə biz Azərbaycan və dünya poeziyasının parlaq ulduzu İmadəddin Nəsiminin yubileyini qeyd edirik”.

Yazıda qeyd olunur ki, həmin dövrdən etibarən şairin yaradıcılığı ilə bağlı araşdırmalar genişləndi, müxtəlif dillərə tərcümə edilmiş kitabları işıq üzü gördü. Nəsimi haqqında bədii əsərlər, təsviri sənət, ekran və səhnə əsərləri yarandı, 1979-cu ildə Bakıda şairin möhtəşəm abidəsi ucaldıldı, xatirəsi şəhər və rayonlarda əbədiləşdirildi. Bütün bunlar, ulu öndərin dediyi kimi, Nəsiminin yenidən doğuluşu, Nəsimi irsinin intibahı idi.

Ümummilli liderin mədəni irsimizə, böyük söz-sənət xadimlərinin xatirəsinə diqqət və qayğısı bu gün ölkə rəhbərliyi tərəfindən davam etdirilir. Nəsimi yeganə Azərbaycan şairidir ki, son yarım əsrdə yubileyi iki dəfə UNESKO-da qeyd edilib. 2017-ci ilin 18 mayında Parisdə şairin vəfatının 600-cü ildönümü münasibətilə keçirilən mərasim dünya poeziyasında parlaq iz qoymuş Nəsimiyə bəşəri ehtiramı bir daha nümayiş etdirdi. Nəşrdə bu əlamətdar hadisə də xatırlanır. Bundan əlavə, 2018-ci ildə ilk dəfə gerçəkləşən, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın ideya müəllifi olduğu Nəsimi – şeir, incəsənət və mənəviyyat festivalından söz açılır. Qeyd olunur ki, Heydər Əliyev Fondunun layihəsi, Mədəniyyət Nazirliyinin dəstəyi ilə bu ilin payızında ölkəmizdə ikinci dəfə Nəsimi festivalı keçiriləcək.

Xüsusi buraxılışda “Nəsimi ili” çərçivəsində xarici ölkələrdə keçirilən tədbirlərdən də bəhs olunur. 2019-cu il TÜRKSOY tərəfindən dahi Azərbaycan şairinin xatirəsinə “Nəsimini anma ili” elan edilib. Bununla bağlı mart ayında Ankarada və İstanbulda keçirilən tədbirlər xüsusi buraxılışda geniş əksini tapıb. Həmçinin Yunus Əmrə İnstitutu (Türkiyə) ilə birgə Budapeştdə, Beynəlxalq Türk Akademiyasının təşəbbüsü ilə Nur-Sultan şəhərində, eləcə də Vyanada, Belqradda, Minskdə, Bişkekdə, Daşkənddə və digər şəhərlərdə keçirilən musiqili-ədəbi gecə, simpozium və konfranslar, Kiyevdə qüdrətli söz ustadının abidəsinin ucaldılması, serb, rus, qazax, özbək dillərində şairin kitablarının nəşri və s. layihələr diqqətə çatdırılır.

Xüsusi buraxılışda ölkəmizin regionlarında “Nəsimi ili” çərçivəsində gerçəkləşən tədbirlərə geniş yer verilib. Bu ilin mart-may aylarında Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə keçirilən “Bölgələrdən bölgələrə” yaradıcılıq festivalında da Nəsimi irsinə xüsusi diqqət ayrılmışdı. Bakı şəhərində və nazirliyin 15 regional idarəsinin şəhər və rayonlarında təşkil olunan silsilə tədbirlərdən bəhs edən materiallar Nəsimi poeziyasından nümunələrlə müşayiət olunur.

Nəsiminin 650 illiyinə həsr olunmuş “Səsin sehri” bədii qiraət müsabiqəsi, Bakı Uşaq Teatrının təşəbbüsü ilə reallaşan "Nəsimi ili – Nəsimi dili" festivalı, digər layihələr də nəşrdə əksini tapıb.

“Mütəfəkkir şair ömrünün ekran təcəssümü” adlı yazıda yazıçı İsa Hüseynovun ssenarisi üzrə Həsən Seyidbəylinin 1973-cü ildə çəkdiyi “Nəsimi” filmindən söz açılır. “Nəsimi dünyası təsviri sənətdə” yazısında vurğulanır ki, dahi şairin rəssamlıq, heykəltəraşlıq, xalça və s. nümunələrdə təcəssümü ayrı-ayrı müəlliflərin mövzuya özünəməxsus yanaşmasını da ortaya qoyur. Daha bir yazıda Nəsimi obrazı və ideallarının musiqiyə köçməsindən, bəstəkarlarımızın bu mövzuda yaratdığı müxtəlif janrlı əsərlərdən söz açılır. “Əbədiyyət və ədəbiyyat günəşi” adlı material Nəsimi irsinə dair tədqiqat və nəşrlər haqqındadır.

Sözünün qüdrəti ilə əsrləri aşaraq zəmanəmizə qədər gəlib çıxan Nəsimi humanizm carçısı, bəşəri ideyaların tərənnümçüsü kimi dünyada özünə əbədi ad qazanıb. Xüsusi buraxılışda müxtəlif ölkələrin tanınmış elm, ədəbiyyat xadimlərinin Azərbaycanın böyük şairinə bəslədiyi dərin ehtiram da qeyd olunur. Bununla bağlı Amerika yazıçısı Cozef Nortun sözləri xüsusilə diqqətəlayiqdir: “Nəsimi cəhalət zülmətində ictimai ədalətsizlik hökm sürən bir zamanda Prometey kimi canını, qəlbini məşələ döndərib qaranlıqlara ildırım kimi şəfəq saçmışdır. Buna görə də onun müdrik və hikmətli sözləri dünya durduqca zülmətləri parçalayıb nəsillərdən-nəsillərə keçə-keçə örnək olacaq”.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Niderland Ukraynaya hərbi yardım göstərmək üçün 200 milyon avrodan çox vəsait ayıracaq

ADA Universitetində keçirilən “Xəzər Hövzəsi Araşdırmaları” proqramı yekunlaşıb

Superliqa: "Beşiktaş" doğma meydanda qalib gəlib

Bakı Kitab Mərkəzində “Azərbaycan İrəvanı” sənədli filmi təqdim olunub

“Bloomberg”: Almaniya yeni “Patriot” batareyaları almağı düşünür

Beynəlxalq Bərpa Olunan Enerji Mənbələri Agentliyinin Assambleyasının 14-cü sessiyası başa çatıb

Stoltenberq: NATO-nun müdafiə nazirləri Ukraynaya daha çox hərbi dəstək verməyə razılaşıblar

Gürcüstanda fəaliyyət göstərən QHT-lərin 90 faizi xaricdən maliyyələşir

BDU-da “Gələcəyin alimləri” adlı tələbələrin IX elmi konfransı keçirilib

ADAU-da keçirilən fakültələrarası futbol turniri yekunlaşıb

Cəfər Cabbarlının 125 illik yubileyi qeyd olunub

Sərnişin ehtiyatsızlıq səbəbindən metronun stansiya yoluna düşüb

İstanbulda torpaq sürüşməsi baş verib

Cenevrədə keçiriləcək “Türk həftəsi”ndə türkdilli dövlətlərin mədəni irsi tanıdılacaq

Azərbaycan və Qazaxıstanın Xarici İşlər nazirlikləri arasında növbəti konsulluq məsləhətləşmələri keçirilib

Rus evində “Bakı. Sevgi. Bahar.” festivalı keçirilir

Azərbaycan parabadmintonçusu beynəlxalq turnirdə yarımfinala yüksəlib

İlin ilk üç ayında ARDNF-in aktivləri 2,3 faiz artıb

“G7-nin açıq-aşkar ayrı-seçkiliyə yol verməsi insan hüquqlarına ziddir” – BƏYANAT

Ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə keçirilən buraxılış imtahanının nəticələri açıqlanıb

Venesiya Biennalesində Azərbaycan pavilyonunun açılışı olub VİDEO

Tanınmış şair, tərcüməçi Sabir Almazovun xatirəsi anılıb

Energetika naziri: Bu il Azərbaycanda daha 5 günəş-külək stansiyasının inşasına başlanacaq

Bakıda bədii gimnastika üzrə Dünya Kubokunun açılış mərasimi olub

Dövlət Agentliyinin İdarə Heyətinin sədri Daşkəsən və Göygöl rayon sakinlərinin müraciətlərini dinləyib

Güclü külək Ağstafada bir sıra fəsadlar törədib VİDEO

Azərbaycan və Qazaxıstan Xəzər dənizinin dibi ilə fiber-optik rabitə xəttinin çəkilməsini müzakirə edib

Xalq rəssamı Aydın Rəcəbovun 80 illik yubileyinə həsr olunmuş “Bir ömrün naxışları” sərgisi açılıb

Premyer Liqa: “Sumqayıt” Tovuzda vacib üç xalı qazanıb

Milli Məclisdə 14 məsələ müzakirə olunub, müvafiq qərarlar verilib YENİLƏNİB

Çin mütəxəssisləri Türkmənbaşı limanının imkanları ilə tanış olublar

Gürcüstan və AİB arasında əməkdaşlığın perspektivləri müzakirə edilib

Ceyhun Bayramov Əlcəzair səfirini bölgədəki cari vəziyyət barədə məlumatlandırıb

® “Bakcell”in baş icraçı direktoru Xankəndidə jurnalistlərlə görüşüb

Azərbaycanda icra edilən ürək əməliyyatı barədə məqalə ABŞ-ın nüfuzlu jurnalında dərc olunub

Hərbi liseyin 53 illik yubileyinə həsr olunmuş təntənəli mərasim keçirilib VİDEO

Gürcüstanda yaşayan azərbaycanlılar dövlət proqramları və xidmətlər barədə məlumatlandırılıb

İqtisadiyyat nazirinin müavini Naxçıvanda vətəndaşların müraciətini dinləyib

ADSEA sədri Zaqatalada vətəndaşlarla görüşüb

Bakıda keçiriləcək beynəlxalq elmi konfransın iştirakçıları Qarabağa səfər ediblər

Əqli Mülkiyyət Agentliyində ixtiraçılıq və patent analitikası mövzusunda təlim keçirilib

® “Azercell”in dəstəyi ilə tələbələr arasında “Techcell” hakatonu keçiriləcək

Tbilisidə mitinqlər zamanı beş polis əməkdaşı yaralanıb

“Azərbaycan Hava Yolları” Avropa Beynəlxalq Hava Limanları Şurasına üzv olub

AzTU əməkdaşları beynəlxalq konfransda çıxış ediblər

® “Global Finance” “Kapital Bank”ı “Süni intellektin rəqəmsal transformasiyada ən yaxşı istifadəsi” mükafatına layiq görüb

İranın Parisdəki konsulluğuna girən şübhəli şəxs saxlanılıb

Azərbaycan-İtaliya çoxölçülü strateji tərəfdaşlıq münasibətləri müzakirə edilib

Aqrar Sığorta Fondunun İdarə Heyətinin sədri Göyçayda vətəndaşların müraciətlərini dinləyəcək

® Mərkəzi Gömrük Hospitalında “Abbott” şirkətinin nümayəndələri ilə onlayn görüş keçirilib

ADPU-da “Heydər Əliyev dərsləri” davam edir

EMTA ETRA ilə birgə Bakıda beynəlxalq seminar təşkil edib

Naxçıvanda “Sağlam həyat tərzi etibarlı gələcəyin təminatıdır” mövzusunda tədbir təşkil edilib

Kənd Təsərrüfatı Nazirliyi 2024-cü il üçün doktorantura və dissertanturaya qəbul elan edir

Qazaxıstanda yaşayan Qərbi azərbaycanlılar tarixi vətəni görmək arzusunu dilə gətiriblər

Gürcüstanın müdafiə naziri ABŞ generalı ilə görüşüb

Azərbaycan ilə Yaponiya arasında turizm əlaqələrinin perspektivləri müzakirə olunub

“Güclü cəmiyyətin zərif simaları” layihəsinə start verilib

ADPU ilə Rusiya İnformasiya və Mədəniyyət Mərkəzi əməkdaşlıq məsələlərini müzakirə edib

FHN-nin qurumları arasında stolüstü tennis üzrə çempionata yekun vurulub

“60 çiçək - bir çələng” almanaxının təqdimatı olub

Sahibkarlarla görüşdə quşçuluğun inkişaf perspektivləri müzakirə olunub

“Məhəmməd Füzuli və Şərq folkloru” - elmi konfrans

Türkiyə və İranın xarici işlər nazirləri regiondakı son vəziyyəti müzakirə ediblər

Fransanın səfirini geri çağırması Brüssel görüşündəki gizli razılaşmada nəzərdə tutulanların reallaşdırılmasına xidmət edir - RƏY

“World Weather Attribution”: Qərbi Afrikanı görünməmiş istilər bürüyüb

İsveçrədə “tarakanabənzər dron” hazırlanıb

® “PAŞA Holding”in təşkilatçılığı ilə növbəti “INMerge İnnovasiya Sammiti”ndə yutubun həmtəsisçisi çıxış edəcək

İranın Parisdəki konsulluğu polisdən müdaxilə tələb edib

Nyu-Yorkda azərbaycanlı gənclərlə şəbəkələşmə görüşü baş tutub

Xuliqanlıq niyyəti ilə qəsdən adam öldürməkdə təqsirləndirilən şəxs barəsində cinayət işi məhkəməyə göndərilib

Ürək xəstəliklərinə qalib gəlməyin təbii yolları

“Sabahın alimləri” XIII respublika müsabiqəsinin bağlanış mərasimi keçirilib

Konfrans Liqası: Türkiyəli futbolçunun vurduğu qol ən yaxşı seçilib

“Gənc istedadlar” liseyinin şagirdləri “Sabahın alimləri” XIII Respublika müsabiqəsinin qalibləri sırasında

Sumqayıtda “Heydər Əliyev irsi” kitabının təqdimatı keçirilib

“Qarabağ atları”, “Böyük alma”, “Əjdaha”... – AĞ ŞƏHƏRDƏN FOTOREPORTAJ

Rəsədxanada ustad dərsi: Günəş sisteminin kiçik göy cisimləri, kometalar

“DOST EVİ”nə ilk benefisiarların qəbulu aparılıb

DİM: 20 dövlət orqanında mövcud olan 43 vakant vəzifə daxili müsahibəyə çıxarılıb

Ödənişi gecikdirilmiş 35 min manatdan çox vəsaitin işçilərə ödənilməsi təmin edilib

BDU-da çiçəkəkmə aksiyası

Elm və təhsil naziri Samuxda vətəndaşları qəbul edib

Bu il DİN və prokurorluq üzrə qeydə alınan 8 min 930 cinayətin 85 faizi açılıb

CFCM: Fransada islamofobiya halları son dərəcə artıb

Ombudsman fərdi qaydada vətəndaşların müraciətlərini dinləyib

Gəncədə regional müşavirə: Meşə və meşəətrafı ərazilərdə yanğın təhlükəsizliyi

Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyasının və Ermənistan Respublikası ilə Azərbaycan Respublikası arasında dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi Komissiyasının 8-ci görüşünün yekunlarına dair mətbuat açıqlaması VİDEO

Bu il Ağgöl Milli Parkında 78 minə yaxın ornitofauna nümunəsi qeydə alınıb

Faktiki hava: Xınalığa dolu düşüb

Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 15 iyul tarixli 305 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Miqrasiya orqanlarına qulluğa qəbul olunmaq üçün namizədlərlə müsabiqə və müsahibənin keçirilməsi qaydaları haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Qazax, Ağstafa və Tovuz sakinlərinin uşaq hüquqları ilə bağlı müraciətlərinə baxılıb

Lavrov: Rusiya Ukrayna ilə bağlı danışıqlara hazırdır, lakin danışıqlar müddətində hərbi əməliyyatlara ara verməyəcək

“Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 9 iyun tarixli 900-VIKQD nömrəli Konstitusiya Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Sergey Lavrov: Avropa İttifaqının Ermənistandakı müşahidə missiyası NATO-nun missiyasına çevrilir

Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 29 dekabr tarixli 907 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Təhsildə Keyfiyyət Təminatı Agentliyinin Nizamnaməsi”ndə dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

“Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2024-cü il 29 mart tarixli 1114-VIQD nömrəli Qanununun tətbiqi və “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikası Qanununun və həmin Qanunla təsdiq edilmiş Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 25 avqust tarixli 387 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Professor Kamran İmanov beynəlxalq konfransda çıxış edib

Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikasının Qanunu

Türkiyə Prezidenti gündəmdəki məsələlərlə bağlı açıqlama verib