MƏDƏNİYYƏT


Mədəniyyət sarayında “Dahi şəxsiyyət” adlı dəyirmi masa təşkil edilib

Bakı, 7 may, AZƏRTAC

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Ə.Əmirov adına Mədəniyyət Sarayı ulu öndər Heydər Əliyevin anadan olmasının 96-cı ildönümü ilə əlaqədar “Dahi şəxsiyyət” adlı dəyirmi masa təşkil edib.

Baş İdarədən AZƏRTAC-a bildirilib ki, tədbirdə sarayın kollektivi və Yeni Azərbaycan Partiyasının Qaradağ rayon təşkilatının gənc fəalları iştirak ediblər.

Dəyirmi masada çıxışçılar Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edib, onun keçdiyi şərəfli həyat yolundan söhbət açıblar.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.