ELM VƏ TƏHSİL
Mədəniyyət və İncəsənət Universiteti müvafiq vakant vəzifələr üzrə müsabiqə elan edir
Bakı, 12 oktyabr, AZƏRTAC
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti (ADMİU) sosial-mədəni fəaliyyət, təsviri sənət, musiqi sənəti və rəssamlıq kafedralarında müvafiq vakant vəzifələri tutmaq üçün müsabiqə elan edir.
ADMİU-dan AZƏRTAC-a bildirilib ki, müsabiqədə ali təhsil müəssisəsində kadr hazırlığı profilinə uyğun, ən azı 5 il elmi-pedaqoji təcrübəyə və peşə-ixtisas hazırlığına, elmi ad və elmi dərəcəyə malik Azərbaycan Respublikası vətəndaşları, həmçinin xarici ölkə vətəndaşları iştirak edə bilərlər.
Müsabiqə barədə daha ətraflı məlumatla universitetin saytında tanış olmaq olar. Müsabiqədə iştirak etmək istəyənlər ərizə və sənədlərini elan verildiyi gündən başlayaraq 1 (bir) ay müddətində Azərbaycan Respublikası Təhsil Nazirliyinin Kollegiyasının qərarı ilə təsdiq edilmiş “Ali təhsil müəssisələrində kafedra müdiri, dekan və dekan müavini vəzifələrinin tutulması Qaydaları”na müvafiq müsabiqənin keçirilməsi üçün Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinə göndərə bilərlər.