ELM VƏ TƏHSİL


Mədəniyyət və İncəsənət Universiteti ödənişli əsaslarla yenidənhazırlanma təhsili almaq üçün qəbul elan edir

Bakı, 10 sentyabr, AZƏRTAC 

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti (ADMİU) 2020-2021-ci tədris ilində ödənişli əsaslarla yenidənhazırlanma təhsili almaq üçün qəbul elan edir.

Bu barədə AZƏRATAC-a universitetdən məlumat verilib. Bildirilib ki, qəbul musiqişünaslıq, musiqi və təsviri incəsənət müəllimliyi, turizm bələdçiliyi, turizm işinin təşkili, bədii yaradıcılıq və ekran dramaturgiyası (ssenarist) ixtisasları üzrə aparılır.

2020-2021-ci tədris ilindən ADMİU-da yenidənhazırlanma təhsili Nazirlər Kabinetinin 2010-cu il 6 sentyabr tarixli müvafiq qərarı ilə təsdiq edilmiş “Əlavə təhsilin məzmunu, təşkili və əlavə təhsilin hər hansı istiqaməti üzrə təhsil almış şəxslərə müvafiq sənədin verilməsi Qaydası”nın 3.1.5. bəndi əsasında əyani və distant (məsafədən) formada həyata keçiriləcək.

ADMİU-da yenidənhazırlanma təhsilinə sənəd qəbulu ancaq elektron qaydada həyata keçirilir. Təqdim edilmiş sənədlər müvafiq tələblərə cavab verdiyi halda müraciət edən şəxslər yenidənhazırlanma təhsili almaq hüququ qazanırlar. Təhsil Azərbaycan və rus dillərindədir. Sənədlərin qəbulu oktyabrın 15-dək aparılacaq.

Yenidənhazırlanma təhsili almaq istəyənlər rektorun adına ərizə, ali təhsil haqqında sənədin (diplomun) notarial qaydada təsdiqlənmiş surəti (diploma əlavə ilə birlikdə), 2020-ci ilin məzunları bakalavr səviyyəsini bitirmə haqqında gerbli möhürlə təsdiq olunmuş arayış və transkript, 1 ədəd fotoşəkil (3×4 sm JPEG formatında), şəxsiyyət vəsiqəsinin surətini (soyadı dəyişdiyi halda, təsdiqedici sənəd) elektron formada (PDF formatında) təqdim etməlidirlər.

Dövlət və özəl ali təhsil (orta ixtisas təhsili) müəssisələrinin məzunları “Əlavə təhsilin məzmunu, təşkili və əlavə təhsilin hər hansı istiqaməti üzrə təhsil almış şəxslərə müvafiq sənədin verilməsi Qaydası”na uyğun olaraq ilkin baza təhsili proqramları ilə yenidən əldə ediləcək ixtisasın baza təhsili proqramı arasındakı fərqin bir tədris ilinə hesablanmış saatdan çox olmaması şərtilə yenidənhazırlanma təhsili ala bilərlər.

Qeyd: 1993-cü ildən sonra xarici ölkələrdə ali təhsil almış məzunlar diplomların Azərbaycan Respublikası ərazisində tanınması barədə Təhsil Nazirliyi tərəfindən verilmiş şəhadətnamə təqdim etməlidirlər.

Ünvan: AZ 1065, Bakı şəhəri, İnşaatçılar prospekti 39.

Tel. (+994 12) 599 00 54

E –mail: [email protected]

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.