ELM VƏ TƏHSİL


Mədəniyyət və İncəsənət Universitetində “Danabaşlar” tamaşası nümayiş olunub

Bakı, 7 fevral, AZƏRTAC

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində (ADMİU) Cəlil Məmmədquluzadənin əsərləri əsasında hazırlanmış "Danabaşlar" tamaşası nümayiş olunub.

Universitetdən AZƏRTAC-a bildirilib ki, tamaşada teatr sənəti fakültəsində dram teatrı və kino aktyoru ixtisası üzrə təhsil alan III kurs tələbələri çıxış ediblər. Tamaşanın quruluşçu rejissoru Əməkdar artist Yaqut Paşazadə, səhnələşdirmənin müəllifi Mir Sahib Ağazadə və dosent Nadir Hüseynovdur. Səhnə əsərində rolları Əlirza Kənani (Mirzə/Uçitel), Tunar Əlizadə (Xudayar bəy), Ər Toğrul Kamalov, Fərid Bağırov (Qazı), Romən Hüseynov (Kefli İsgəndər), Asim Mərdanov (Vəli bəy/Kəblə Mirzalı), Elnur Tağıyev (Vəli bəy/Kəblə Fətəli), Fərid Abbasov (Nəçənnik/Poçtalyon), Aksana İskəndərova (Madmazel/Fatmanisə/Səbzalı), Çimnaz Bağırova (Məmmədhəsənin arvadı/Mustafa), Rəhimə Abdinova (Əhməd/Gülpəri), Səbinə Məmmədova (Şaban nənə/Səkinə) və Ayan Məmmədova (Əsəd) oynayıblar. Janrı “qəmli komediya” kimi təyin olunan tamaşa mütəxəssislər və tamaşaçılar tərəfindən maraqla qarşılanıb.

Nümayişdən sonra ADMİU-nun rektoru, professor Ceyran Mahmudova və müəllimlərin iştirakı ilə keçirilən müzakirədə tələbə-aktyorların ifaları təhlil olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.