ELM VƏ TƏHSİL


Mədəniyyət və İncəsənət Universitetinin müəllimi Azərbaycan əsgərinin qələbəsinə əsər həsr edib

Bakı, 23 noyabr, AZƏRTAC

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetin müəllimi, Azərbaycan Rəssamlar İttifaqının üzvü, nüfuzlu sərgilərin iştirakçısı Mir Azər Abdullayev igid döyüşçülərimizin qəhrəmanlığına, saxta erməni təbliğatının ifşasına, tariximizin təhrif olunmasına dair bir sıra əsərlər yaradıb.

Bu barədə AZƏRTAC-a universitetdən məlumat verilib. Bildirilib ki, rəssamın bu mövzudakı son əsəri “Qalib” adlanır. O, kətan üzərində yağlı boya texnikası ilə çəkdiyi əsərini Azərbaycan əsgərinin qələbəsinə həsr edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.