ELM VƏ TƏHSİL


Mədəniyyət və İncəsənət Universitetinin qəbul planında boş qalan yerlərə ixtisas seçimi aparılır

Bakı, 8 sentyabr, AZƏRTAC

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) 2021-2022-ci tədris ili üzrə qəbul planında II və V ixtisas qrupları üzrə 27 yer boş qalıb.

AZƏRTAC xəbər verir ki, bu barədə məlumat “Abituriyent” jurnalının 7-ci nömrəsində dərc olunub.

ADMİU-da II qrup üzrə sosiologiya, V qrupda isə musiqişünaslıq, həmçinin operator sənəti və rejissorluq (bu ixtisaslara müsabiqə rus bölməsi ilə birgə aparılır) üzrə ödənişli əsaslarla təhsil almaq istəyənlər boş qalan plan yerlərinə internet vasitəsilə ixtisas seçimi edə bilərlər. Təhsil əyani formadadır.

Xatırladaq ki, ali təhsil müəssisələrinin boş qalan plan yerlərinə ixtisas seçimi aparılır. İnternet vasitəsilə aparılan ixtisas seçimi sentyabrın 10-dək davam edəcək. Abituriyentlər elektron ərizədə ali təhsil müəssisələrinin boş qalan plan yerlərinin ixtisasları ilə yanaşı, orta ixtisas təhsili müəssisələrinin (kolleclərin) ixtisaslarının da kodlarını göstərə bilərlər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.