ELM VƏ TƏHSİL


Mədəniyyət və İncəsənət Universitetinin tələbələrinin konserti olacaq

Bakı, 15 aprel, AZƏRTAC 

Aprelin 17-də Beynəlxalq Muğam Mərkəzində (BMM) Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) tələbələrinin konserti olacaq.

Universitetdən AZƏRTAC-a bildirilib ki, tədbir ADMİU və BMM-nin “Yeni nəsil dəvət edir” layihəsi çərçivəsində reallaşdırılacaq. Konsertdə musiqi sənəti fakültəsinin xalq çağlı alətləri ifaçılığı kafedrasının bakalavr və magistratura pillələri üzrə təhsil alan tələbələrinin ifasında Azərbaycan və xarici ölkə bəstəkarlarının əsərləri və muğamlarımız səslənəcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.