REGİONLAR
Mədəniyyət və turizm naziri Sumqayıtda vətəndaşları qəbul edib VİDEO
Sumqayıt, 19 fevral, Ətrabə Rzayeva, AZƏRTAC
Mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri tərəfindən bölgələrdə vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, mədəniyyət və turizm naziri Əbülfəs Qarayev fevralın 19-da Sumqayıtın Tarixi Muzeyində Abşeron, Xızı, həmçinin Qubadlı, Zəngilan, Şuşa rayonlarından və Sumqayıtdan olan vətəndaşları qəbul edib.
AZƏRTAC xəbər verir ki, qəbuldan əvvəl nazir Əbülfəs Qarayev və Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edib, önünə gül dəstələri düzüblər.
Nazirliyin struktur rəhbərlərinin iştirakı ilə keçirilən qəbul zamanı vətəndaşların müraciətləri əsasən, tarix və mədəniyyət abidələrinin qorunması, mədəniyyət müəssisələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi, təmiri, fəxri adların verilməsi, işlə təmin olunma və digər məsələlərlə bağlı olub.
Qəbula 30-a yaxın vətəndaş yazılıb. Nazir Əbülfəs Qarayev hər bir vətəndaşı diqqətlə dinləyib, onların müraciət və təkliflərinin həlli üçün müvafiq göstərişlər verib.
Vətəndaşlar onlar üçün yaradılan şəraitdən razılıqlarını bildiriblər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 24.04.2024 [15:52]
Naxçıvandan Türkiyəyə ilk dəfə taxıl məhsulları ixrac olunub
- 24.04.2024 [15:31]
Xaçmazdakı aqroparklarda süd məhsuldarlığında rekord nəticə qeydə alınıb
- 24.04.2024 [15:01]
Naxçıvanda “BOOKFEST” kitab sərgisi keçiriləcək
- 24.04.2024 [13:52]
Gələn aydan Şuşada elektrik avtobuslar istifadəyə veriləcək
- 24.04.2024 [12:53]
Naxçıvanda ticarət obyektlərində saxta alkoqollu içkilər aşkarlanıb
- 23.04.2024 [17:45]