MƏDƏNİYYƏT


“Mədəniyyət və yaradıcılıq sahəsində rəqəmsal həllər” adlı startap müsabiqəsinə start verilib

Bakı, 10 aprel, AZƏRTAC 

Bütün dünyada olduğu kimi, Azərbaycanda da koronavirus (COVID-19) pandemiyası bütün sahələrə öz təsirini göstərib.

Bu səbəbdən bir çox təhsil və mədəniyyət müəssisələri, eləcə də digər təşkilatlar öz fəaliyyətlərini “online” şəkildə təşkil etməyə başlayıblar. Nəticə olaraq, “online” resurslara olan ehtiyac günbəgün artır və bu da öz növbəsində daha müasir, çevik, yüksək keyfiyyətli texnoloji həllərin yaranmasına səbəb olur.

Bunu əsas götürərək Azərbaycanda mədəniyyət və yaradıcılıq sahələrində yeni ideyaları və yanaşmaları dəstəkləmək məqsədilə Mədəniyyət Nazirliyi və “Kreativ Azərbaycan” portalı “Mədəniyyət və yaradıcılıq sahəsində rəqəmsal həllər” adlı startap müsabiqəyə start verib.

Mədəniyyət Nazirliyindən AZƏRTAC-a bildirilib ki, müsabiqə çərçivəsində istənilən şəxs öz layihəsini “Kreativ Azərbaycan” portalının elektron poçt ünvanına ([email protected]) göndərə bilər. Layihənin təsviri forması sərbəstdir. İşlərin qəbulu mayın 15-dək davam edəcək. Ümumi fondu 10 min AZN olan müsabiqədə birinci yerin qalibinə 5 min, ikinci yerin qalibinə 3 min, üçüncü yerin qalibinə isə 2 min manat pul mükafatı veriləcək.

Qaliblərin mayın 31-dən etibarən müəyyənləşdirilməsi nəzərdə tutulur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.