HEYDƏR ƏLİYEV - 100


“Mədəniyyətə bağlı ömür” layihəsi davam edir

Bakı, 11 mart, AZƏRTAC

Mədəniyyət Nazirliyinin “Heydər Əliyev İli” çərçivəsində həyata keçirdiyi “Mədəniyyətə bağlı ömür” layihəsinin növbəti buraxılışı Milli Teatr Gününə həsr edilib.

Nazirlikdən AZƏRTAC-a bildirilib ki, layihə çərçivəsində təqdim olunan videomaterialda Heydər Əliyevin Azərbaycan teatr sənəti haqqında, Azərbaycan mədəniyyətinin, xalqımızın milli ruhunun inkişafında, milli dirçəlişində, mədəni səviyyəsinin yüksəlməsində teatrın oynadığı rolla bağlı fikirləri diqqətə çatdırılır. Ulu Öndərin teatr xadimləri ilə görüşlərindən, izlədiyi tamaşalardan görüntülər də materialda yer alıb.

Xatırladaq ki, müxtəlif rubrikalarla təqdim olunan “Mədəniyyətə bağlı ömür” layihəsi nazirliyin saytında və sosial media hesablarında təqdim edilir.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.