İDMAN


Mədət Quliyev: Çalışmalıyıq ki, insanlar nəqliyyat vasitəsi kimi velosipeddən daha çox istifadə etsinlər

Bakı, 26 noyabr, AZƏRTAC

Təməli ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş siyasəti Prezident İlham Əliyev uğurla davam etdirir. Azərbaycanda velosiped idmanının inkişaf etməsi üçün çox gözəl infrastruktur yaradılıb. Qeyd edim ki, belə yollar, belə imkanlar dünyanın çox az ölkələrində var. Çalışmalıyıq ki, bu idman növünün kütləviliyini təmin etməklə onun yüksək səviyyədə inkişafına nail olaq.

AZƏRTAC xəbər verir ki, bu fikirləri Azərbaycan Velosiped İdmanı Federasiyasının (AzVİF) prezidenti seçilmiş Mədət Quliyev mətbuat konfransında jurnalistlərə müsahibəsində deyib.

M.Quliyev federasiya rəhbərliyinin peşəkar velosipedçilərin yetişməsi üçün səy göstərəcəyini qeyd edib. O bildirib ki, regionlarda da bu idman növünə marağın artırılması vacibdir: “Əsas məqsədimiz, həmçinin peşəkar velosipedçilər yetişdirməkdir. Ölkəmizdə artıq belə velosipedçilər var. Onlardan Olimpiya Oyunlarında iştirak etmiş Elçin Əsədovu qeyd etmək istəyirəm. Velosiped idman növünü regionlarda da inkişaf etdirmək çox vacibdir. Çalışmalıyıq ki, insanlar nəqliyyat vasitəsi kimi velosipeddən daha çox istifadə etsinlər. Dünyada 40-a yaxın peşəkar velosiped komandası var. Ölkəmizin də burada təmsil olunmasına çalışacağıq. İnanıram ki, böyük nailiyyətlər əldə edəcəyik”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.