İDMAN
Mədət Quliyev: Velosipedçilərimizin hamısı finişə çatıblar
Konya, 9 avqust, Səxavət Quliyev, AZƏRTAC
Biz bu yarışlara idmanın bu növünün inkişafı kimi baxırıq. Velosiped yarışlarında göstəricilər də fikrimizcə çox yüksəkdir. Starta çıxan idmançıların hamısı finişə çata bilmir. Bizim velosipedçilərimizin hamısı isə finişə çatıblar.
AZƏRTAC xəbər verir ki, bu sözləri V İslam Həmrəyliyi Oyunları zamanı jurnalistlərə müsahibəsində Azərbaycan Velosiped Federasiyasının prezidenti Mədət Quliyev deyib.
Federasiya prezidenti əsas hədəflərinin Olimpiya, dünya və Avropa çempionluğu olduğunu deyib: "Bunun yolu var və biz də bu yolda gedirik".
Qeyd edək ki, Azərbaycan velosipedçiləri İslamiadada hələlik medal qazanmayıblar.