CƏMİYYƏT


Media Təhlil Mərkəzi COVID-19 əleyhinə vaksinasiya barədə sorğu keçirib

Bakı, 30 iyul, AZƏRTAC

İyulun 16-22-də Media Təhlil Mərkəzi (MTM) COVID-19 əleyhinə vaksinasiya prosesi barədə sorğu keçirib.

MTM-dən AZƏRTAC-a verilən məlumata görə, sorğuda iştirak edən 800 respondentin 47 faizini qadınlar, 53 faizini kişilər təşkil edib.

Nəticələr göstərir ki, respondentlərin 54,3 faizi koronavirusa yoluxmaqdan ehtiyat edir. Virusa yoluxmaqdan qorxmayanlar sorğu iştirakçılarının 25,4 faizini təşkil etsə də, respondentlərin 15,9 faizi virusa yoluxduğunu, 4,4 faizi isə cavab verməkdə çətinlik çəkdiyini bildirib.

Koronavirus pandemiyasının insanları hansı təhlükə və çətinliklərlə üz-üzə qoyduğunu öyrənmək məqsədilə verilən sualın cavabında respondentlərin 8,4 faizi ərzağa və dərman vasitələrinə daha çox vəsait ayırdığını, 17,1 faizi gəlirinin azaldığını bildirib. Cavab verənlərin 8,1 faizi yaxınını itirdiyini, 3 faizi iş yerindən ayrıldığını, 7,6 faizi yığdığı pulları xərclədiyini, 47 faizi planlarının təxirə düşdüyünü qeyd edib. Sorğu iştirakçılarının 8,8 faizi üçün pandemiyanın təhlükəsi olmayıb.

Respondentlərin vaksinasiya prosesinə münasibətinə gəlincə, sorğu iştirakçılarının 51,5 faizi peyvənd olunduğunu, 13,1 faizi qısa müddətdə vaksinasiya olunacağını qeyd edib. Cavab verənlərin 18,3 faizi yalnız iş və ya səyahət üçün məcbur qaldığı halda peyvənd olunacağını, 11,1 faizi bu barədə düşünmədiyini, 6 faizi isə bütün növ peyvəndlərə qarşı olduğunu vurğulayıb.

Müəyyən edilib ki, respondentlərin 59 faizi üçün koronavirus ciddi təhlükə olduğu halda, 41 faizi üçün isə o qədər də təhlükəli deyil.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.