CƏMİYYƏT


Media Təhlil Mərkəzi pandemiyanın yay aylarına təsiri barədə sorğu keçirib

Bakı, 8 oktyabr, AZƏRTAC

Media Təhlil Mərkəzi (MTR) Azərbaycanda yay fəslinin bitməsi ilə əlaqədar sorğu keçirib.

MTM-dən AZƏRTAC-a bildirilib ki, sorğuda iştirak edən 687 respondentin 54 faizini qadınlar, 46 faizini kişilər təşkil edib.

Respondentlərdən ilkin olaraq yayı necə keçirdikləri soruşulub. Onlardan 46 faizi yayı yaxşı keçirdiyini, 37 faizi ötən illə müqayisədə fərqli keçirmədiyini bildirib. Ötən il yayı daha yaxşı keçirdiyini deyənlər isə respondentlərin 17 faizini təşkil edib.

Həmçinin sorğuda iştirak edən respondentlər digər sualı da cavablandıraraq, yaydakı fəaliyyətləri və üzləşdikləri hadisələr barədə məlumat veriblər. Onlardan 6 faizi ailə həyatı qurduğunu, 44 faizi toy, ad günü və digər tədbirlərdə iştirak etdiyini, 1 faizi övladının və ya nəvəsinin dünyaya gəldiyini, 9 faizi koronavirusa yoluxduğunu, 10 faizi digər xəstəliklərlə mübarizə apardığını, 40 faizi isə sadalananlardan ümumiyyətlə heç biri ilə üzləşmədiyini qeyd edib.

Sorğuda iştirak edənlərin 32 faizi yayı bağda və ya regionlarda, 5 faizi xarici ölkədə, 44 faizi evdə keçirdiyini bildirsə də, 18 faizi ümumiyyətlə istirahət etmədiyini qeyd edib.

Sorğu iştirakçılarının 21 faizi yay planları ilə bağlı verilən sualı cavablandırarkən bütün planlarını həyata keçirdiyini, 13 faizi xarici ölkəyə gedə bilmədiyini, 21 faizi işlərinin çoxluğu səbəbindən istirahət etmədiyini, 11 faizi təhsillə bağlı planlarını, 35 faizi isə ümumiyyətlə heç bir planını həyata keçirə bilmədiyini vurğulayıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.