CƏMİYYƏT


Media Təhlil Mərkəzi vətəndaşların istirahət üçün xarici ölkə seçimləri barədə sorğu keçirib

Bakı, 13 iyul, AZƏRTAC

Kütləvi vaksinasiya prosesi bir sıra ölkələr arasında uçuşların bərpasına şərait yaradıb. Yay aylarında insanların istirahət üçün xarici ölkələrə üz tutduğunu nəzərə alaraq, Media Təhlil Mərkəzi (MTM) tərəfindən 3-7 iyul tarixlərində sorğu keçirilib.

Media Təhlil Mərkəzindən AZƏRTAC-a verilən məlumata görə, sorğuda iştirak edən 781 respondentin 49 faizini qadınlar, 51 faizini kişilər təşkil edib.

İlk suala maksimum 3 cavab seçmək imkanına malik olan respondentlərin 55,8 faizini xarici ölkələrə səyahət zamanı tarixi yerlər, 27,5 faizini muzeylər, 32,5 faizini müasir məkanlar, 27,4 faizini çimərliklər, 29,3 faizini alış-veriş mərkəzləri, 29,3 faizini isə otel və restoranlar cəlb edir. Sualı cavablandıranların 36,1 faizi üçün səyahət etdiyi ölkədəki əyləncə məkanları, 32,5 faizi üçün ölkənin mətbəxi daha maraqlıdır. İştirakçıların 2 faizi xarici ölkələrin cəlbedici olmadığını, 23,7 faizi isə digər ölkələrə səyahət etmədiyini bildirib.

Cavab verənlərin 64 faizi ölkə xaricində aktiv, 5 faizi passiv istirahətə üstünlük verdiyini, 31 faizi isə xarici ölkədə istirahət etmədiyini qeyd edib.

Respondentlərin 29,2 faizi səyahət edəcəyi ölkəni seçərkən görməli yerlərin çoxluq təşkil etməsinə, 23,9 faizi ölkənin zəngin tarix və mədəniyyətə malik olmasına, 19 faizi isə aktiv istirahət üçün əlverişliliyinə önəm verir. Gedəcəyi ölkəni iqlim şəraitinə əsasən seçənlər sorğu iştirakçılarının 3,6 faizini, səyahətin ucuz başa gəlməsinə çalışan və gəzintini buna əsasən planlaşdıranlar cavab verənlərin 17,2 faizini əhatə edib. Respondentlərin 4,2 faizi səyahət zamanı digər səbəblərə önəm versə də, 2,9 faizi isə ümumiyyətlə səyahəti sevmədiyini bildirib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.