İQTİSADİYYAT


Media nümayəndələri “Bakı Ayaqqabı fabriki” ASC-də olublar

Bakı, 30 iyun, AZƏRTAC

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin təşkilatçılığı ilə iyunun 30-da “Bakı Ayaqqabı fabriki” ASC-yə media-tur təşkil edilib. Tədbirin məqsədi media vasitəsilə sahibkarların və ictimaiyyətin müəssisə haqqında məlumatlandırması, potensial investorların cəlb edilməsidir.

AZƏRTAC xəbər verir ki, ilk olaraq KİV nümayəndələri müəssisədə istehsal prosesi ilə tanış olublar. Media mənsublarına texnoloji avadanlıq, istehsal olunan məhsul, istifadə olunan xammal və materiallar, sifarişçilər, müəssisənin özəlləşdirilmə perspektivi barədə məlumat verilib. Bildirilib ki, Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 29 oktyabr tarixli Sərəncamı ilə “Azərbaycan Sənaye Korporasiyası” ASC-nin bir sıra müəssisə və obyektləri özəlləşdirməyə açılıb və bunlardan biri də “Bakı Ayaqqabı fabriki”dir. Sərəncamın icrası ilə əlaqədar Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən müəssisənin özəlləşdirməyə hazırlanması istiqamətində işlər görülüb, mövcud qanunvericiliyə uyğun olaraq müəssisədə özəlləşdirmə komissiyası yaradılıb, inventarlaşdırma işləri təşkil edilib, “Bakı Ayaqqabı fabriki” ASC təsis olunub və investisiya müsabiqəsi vasitəsilə özəlləşdirilməsi qərara alınıb. Müstəqil qiymətləndirici şirkətin iştirakı ilə müəssisənin nizamnamə kapitalı müəyyənləşib və 7 milyon 852 min manat olmaqla, hər birinin nominalı 2 manat olan 3 milyon 926 min səhmə bölünüb.

Dövlət Xidməti potensial investorları özəlləşdirmədə iştiraka dəvət edir. İnvestorlar daha ətraflı məlumat əldə etmək üçün Əmlak Məsələləri Dövlət Xidmətinə müraciət edə bilərlər.

Qeyd edək ki, “Bakı Ayaqqabı fabriki” ASC-nin investisiya müsabiqəsinə çıxarılması barədə elan 30 gün əvvəl Dövlət Xidmətinin rəsmi saytında (emlak.gov.az) və “Özəlləşdirmə portalı”nda (privatization.az) yerləşdiriləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.