Azərbaycan Dövlət İnformasiya Agentliyi

ORDU

Media nümayəndələri Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində olublar

Bakı, 11 fevral, AZƏRTAC

Fevralın 11-də Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə media-tur təşkil olunub.

AZƏRTAC xəbər verir ki, media-tur zamanı Məktəbin komandanlığı ilə keçirilən görüşdə bu ali hərbi təhsil müəssisəsinin tarixi, təlim-tədris prosesi və fəaliyyətinə dair ətraflı məlumat verilib.

Hərbi təhsil müəssisəsində jurnalistlər məişət şəraiti, hərbi və fiziki hazırlıq bazası, o cümlədən müxtəlif fakültələrdə tədris prosesi, maddi-texniki vəsait və hərbi təyinatlı digər avadanlıqla tanış olublar.

Məlumat verilib ki, məktəbdə Azərbaycan vətəndaşları ilə yanaşı, Qırğızıstan, Tacikistan və Əfqanıstan vətəndaşları da təhsil alırlar. Burada təhsil alan kursantlara dövlət tərəfindən xüsusi diqqət yetirilir. Belə ki, I və II kurslarda oxuyan kursantlara 158 manat, III və IV kurslarda oxuyanlara isə 170 manat məbləğində təqaüd verilir. Qiymətləri yaxşı və əla olan kursantlar 25 və 50 faiz miqdarında əlavə məvaciblə təmin olunurlar.

Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbin rəisi, general-mayor Füzuli Salahov məktəbin fəaliyyəti barədə məlumat verərkən bildirib ki, dövlətimizin və müstəqilliyimizin dayağı olan Azərbaycan Silahlı Qüvvələri bu gün ən müasir silah və texnika ilə təmin edilmiş, yüksək təchizata, güclü intizama və döyüş hazırlığına malik qüdrətli güc strukturudur. Təsadüfi deyil ki, Azərbaycan Ordusu bu gün ən güclü ordular sırasındadır.

General-mayor, həmçinin əlavə edib ki, son illərdə Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev və müdafiə naziri, general-polkovnik Zakir Həsənov tərəfindən orduya diqqət və qayğı ən yüksək səviyyədədir. Kursantların sosial-məişət şəraitinin yaxşılaşdırılması məqsədilə yeni yeməkxana və klub tikilib, sıra meydanı, üzgüçülük hovuzu, tir və 4-cü taborun kursant yataqxanası təmir olunub”.

Hərbi təhsil müəssisəsinin rəisi bildirib ki, Məktəbin Vətən müharibəsində Qələbə uğrunda döyüşən 600-ə yaxın hərbi qulluqçusundan 10-u şəhid olub, 23-ü isə yaralanıb. Şəhid olanlardan 5-i zabit-müəllim, 5-i isə IV kursdan müharibəyə göndərilən kiçik leytenantdır. Şəhid polkovnik Nudirəliyev Zaur İsmayıl oğlu ən yüksək – “Vətən Müharibəsi Qəhrəmanı” adına layiq görülüb.

Füzuli Salahov qeyd edib ki, beynəlxalq təhsil standartlarına cavab verən tədris metodikası hərb elminin incəliklərini kursantlara tam aşılamağa imkan verir. Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində “xüsusi təyinatlı texnika və sistemlər” ixtisası üzrə bakalavr pilləsində mütəxəssislər hazırlanır. 2020/2021-ci tədris ilindən etibarən birinci kursa qəbul olan kursantlar bakalavr səviyyəsində 10 yeni ixtisas üzrə ali təhsil alırlar. Məktəbdə 4 fakültə və 21 kafedra fəaliyyət göstərir. Hərb elminin incəlikləri kursantlara beynəlxalq təhsil standartlarına cavab verən tədris metodikası və vasitələri ilə öyrədilir.

Hərbi məktəbin kursantı, Vətən müharibəsi qazisi Mobil Əhmədzadə jurnalistlərə müsahibəsində Vətən müharibəsinə kiçik leytenant kimi yollandığını bildirib: “Döyüşlərə tağım komandiri kimi qatıldım. Noyabrın 8-də Şuşa-Xankəndi istiqamətində ağır yaralandım və 5 gün meşədə tək qaldım. Beş gündən sonra - özümdə olmadığım zaman düşmən tərəfindən əsir götürülmüşəm. Ümumilikdə 35 gün əsirlikdə olmuşam. Dörd gün reanimasiyada, qalan günləri isə əsirlikdə keçirmişəm. Orada bir ayağımı amputasiya ediblər. Xəstəxanada olduğum müddətdə isə ermənilər tərəfindən işgəncəyə məruz qaldım. Məhz Azərbaycan Prezidentinin qətiyyəti nəticəsində dekabrın 14-də əsirlikdən azad edilərək Azərbaycana gətirilmişəm. Burada müəllim-mütəxəssis heyəti bizə hərb sənətinin sirlərini öyrədiblər. Burada öyrəndiklərimiz sayəsində biz döyüşdə necə vuruşacağımızı bilirdik. Buna görə də Məktəbin rəhbərliyinə, müəllim və zabit heyətinə borcluyuq”.

Müharibədən sonra bir ayağını itirməsinə baxmayaraq, bu ali hərbi təhsil ocağına tez-tez gəldiyini vurğulayan Mobil Əhmədzadə qeyd edib: “Heç nəyə görə peşman deyiləm. Fəxr edirəm ki, işğal altındakı torpaqlarımızı azad etdik. Kursant yoldaşlarımdan beşi şəhidlik zirvəsinə ucalıb. Onlarla çiyin-çiyinə döyüşlərdə iştirak etdiyim üçün qürur duyuram”.

Sonda media nümayəndələri kursantlarla birgə nahar ediblər.

Qeyd edək ki, bir əsrdən çox tarixi olan bu ali hərbi təhsil ocağı şərəfli yol keçib. Çar ordusunda Müsəlman korpusunun komandiri general-leytenant Əliağa Şıxlinskinin Milli Hərbiyyə Məktəbinin açılması haqqında Zaqafqaziya Komissarlığından icazə alması ilə 1918-ci il martın 1-də Tiflisdə Milli Hərbiyyə Məktəbi yaradılıb. 1918-ci ilin aprelin 2-də Milli Hərbiyyə Məktəbi Tiflisdən Gəncəyə köçürülüb. 1918-ci il oktyabrın 27-də Milli Hərbiyyə Məktəbinin ilk buraxılışı olub. Gəncədə yerləşmiş Milli Hərbiyyə Məktəbi Azərbaycan Xalq Cümhuriyyətinin hərbi nazirinin 1918-ci il 1 dekabr tarixli əmri ilə Praporşiklər Məktəbi adlandırılıb və məzunlara ilk zabit rütbəsi verilib. Azərbaycan Xalq Cümhuriyyəti süqutundan qısa müddət sonra - 1920-ci il mayın 25-də Hərbiyyə Məktəbi Azərbaycan Birləşmiş Hərbiyyə Məktəbi adlandırılıb.

1942-ci ildə Böyük Vətən müharibəsi zamanı Bakı Hərbi Piyada Məktəbinin şəxsi heyətinin əsas hissəsi cəbhəyə göndərilib. Böyük Vətən müharibəsində məktəbin rəşadət və qəhrəmanlıq göstərən bir neçə məzunu “Sovet İttifaqı Qəhrəmanı” adına layiq görülüb.

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Qətər İsrail ilə HƏMAS arasında vasitəçilik missiyasını yenidən nəzərdən keçirəcək

Almaniya polisi insan qaçaqmalçılığına qarşı miqyaslı əməliyyat keçirir

Ramana qalasında Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü münasibətilə tədbir keçirilib

Hərbi pilotlar təlim-məşq uçuşlarını yüksək peşəkarlıqla icra ediblər

Qərbi Azərbaycana qayıdışla bağlı konfrans keçirilib

Əfqanıstanda daşqınlar nəticəsində ölənlərin sayı 70-ə çatıb

Sinxron turnirdə 30 şahmatçı ilə oynayan yığmanın kapitanı: Avropada bu qədər maraq görmək məni çox sevindirdi

Spiegel: Almaniyada Rusiyaya casusluq edən iki nəfər saxlanılıb

Energetika naziri ABŞ-yə səfər edib

Paşinyan: İrəvanın sərhədlərin delimitasiyasından imtinası yeni eskalasiyaya gətirib çıxaracaq

XRİTDX rəisi rumınıyalı həmkarı ilə birgə əməkdaşlıq istiqamətində görüləcək işləri müzakirə edib

İndoneziyada vulkan püskürüb, sunami xəbərdarlığı elan olunub

Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabinetində müşavirə keçirilib

Elşən Qaraca “QGallery”də “Cəsur ürək” sərgisinin təqdim edir

Ölkəmizin Türkiyə və Moldovanın sosial müdafiə qurumları ilə əməkdaşlığı genişlənir

Azərbaycanın və Ukraynanın COP29 ilə bağlı əməkdaşlığı müzakirə edilib

Bulbul – Azərbaycanın unikal milli sosial şəbəkəsi

Pöhrələr boy atır...

Konfrans Liqası: “Fənərbağça” “Olimpiakos”la cavab görüşünə çıxacaq

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 17 noyabr tarixli 500 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri”ndə dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Üç ayda məcburi dövlət sosial sığorta üzrə daxilolmalarda 8,6 faiz artım qeydə alınıb

Bu ilin ilk rübü ərzində ƏƏSMN-də və qurumlarında 498 min vətəndaş qəbul edilib

"Xəzri"nin kapitanı: Finalda "Sərhədçi" ilə qarşılaşmaq daha yaxşı olardı

Azərbaycanın dayanıqlı su təminatına böyük töhfə ŞƏRH

Azərbaycan millisi İnkişaf turnirində iştirak edəcək

AzMİU Varşava Texnologiya Universiteti ilə əməkdaşlıq imkanlarını müzakirə edib

Azərbaycan millisinin kapitanı növbəti dəfə Macarıstan çempionu olub

Xorvatiya parlamentinə seçkilərdə Baş nazirin partiyası qalib gəlib

Azərbaycanda insan resurslarının idarə edilməsi üzrə yeni dövlət standartı qəbul edilib

Naxçıvanda ixrac olunan mallara verilən mənşə sertifikatlarının sayı artıb

Komitə sədri: Bədxassəli şişlərin əmələ gəlməsinin əsas səbəblərindən biri transyağlardır

® Sən də “Dəstək” ol!

Xaricidə işlə təmin etmək adı altında vətəndaşların pullarının ələ keçirilməsi faktı üzrə cinayət işi başlanıb

Gənc Tamaşaçılar Teatrı may repertuarını təqdim edib

Aprelin 21-də 46 mindən çox IX sinif şagirdi buraxılış imtahanı verəcək

FHN: Ötən sutka ərzində ikisi azyaşlı olmaqla 5 nəfər xilas edilib

Kənd Təsərrüfatı Nazirliyinin aparat rəhbəri Ağsuda vətəndaşların müraciətlərini dinləyəcək

® ABB-dən cəmi bir günə tender qarantiyası

Dünyanın ən yaxşı kameraya sahib telefonu HONOR Magic6 Pro tezliklə Azərbaycanda satışa çıxarılacaq

Azərbaycan ilə Pakistan arasında təhsil sahəsində əməkdaşlıq əlaqələri müzakirə olunub

Sumqayıt qatarını daşa basanlar müəyyən olunublar VİDEO

UNEC Bakı Dizayn Akademiyası ilə əməkdaşlıq edəcək

Bakı dairəvi avtomobil yolunun bir hissəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq VİDEO

Çerniqova raket hücumu nəticəsində ölənlərin sayı 18 nəfərə çatıb

Azərbaycan İqlim Fəaliyyəti üzrə Maliyyə Nazirləri Koalisiyası ilə fəal əməkdaşlıq etmək niyyətindədir

Elm və təhsil naziri: Regionlarda vətəndaşlara göstərilən xidmətlərin keyfiyyəti artıb

İspaniyada Azərbaycan mədəniyyəti təbliğ olunacaq

AQTA sədri ekspertlərə xəbərdarlıq edib

Ekvadorda enerji böhranı səbəbindən iki gün iş dayandırılıb

İddiaçılar Turniri: Nicat Abasov Hindistan təmsilçisi ilə üz-üzə gələcək

İsveçdə kriminal şəbəkənin üzvünə məxsus üzük hərracda satılıb

Mədəniyyət nazirinin İmişlidə vətəndaş qəbulunun tarixi dəyişdirilib

IRENA Assambleyasının 14-cü sessiyasının ikinci günündə hansı məsələlər müzakirə olunacaq?

AQTA sədri: Azərbaycanda dəmirlə zənginləşdirilmiş un satılacaq

Binəqədi rayonunda yük maşını yolun kənarı ilə gedən qadını vurub

Ali Rada sədrinin müavini: Ukrayna Azərbaycanın humanitar töhfəsini yüksək qiymətləndirir

Salyan “ASAN xidmət” mərkəzində bir il ərzində 178 mindən çox müraciət qeydə alınıb

AQTA-nın auditorları 24 ölkənin ərazisində 349 müəssisədə qiymətləndirmə aparırlar

Evdən pul və qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən şəxs yaxalanıb

® “Kapital Bank”ın istiqrazlarının Bakı Fond Birjasında yerləşdirilməsi yekunlaşıb

Tahir Rzayev: Qida təhlükəsizliyini bir təşkilatla yekunlaşdırmaq düzgün deyi

Azyaşlı qıza hədə-qorxu gələrək qızıl-zinət əşyalarını talayan iki nəfər saxlanılıb

DİN: Ötən gün 2,3 kiloqramdan çox narkotik vasitə aşkarlanıb

Bakıda ümumşəhər iməciliyi və ağacəkmə aksiyası keçiriləcək

DİN: Ötən gün xeyli qanunsuz odlu silah aşkarlanaraq götürülüb

Əbu-Dabidə AYİB ilə yaşıl enerji tərəfdaşlığı müzakirə edilib

Kayrat Sarıbay: Azərbaycanın AQEM-ə növbəti 2 ildə sədrliyi onun beynəlxalq nüfuzundan xəbər verir VİDEO

Dünya birjalarında neft bahalaşıb

Evdən musiqi alətləri oğurlayanlar saxlanılıblar

Azərbaycanın öz tarixi torpaqlarını qanun çərçivəsində azad etməsi ilə Asiyada bir konflikt azaldı

ABŞ Dövlət Departamenti AZƏRTAC-ın sorğusunu cavablandırıb

Kayrat Sarıbay: Azərbaycanın AQEM-ə sədrliyi dövründə uğurlu layihələr icra olunacaq VİDEO

Azərbaycanın iki gimnastı Dünya Kubokunda finala yüksəlib

Azərbaycan neftinin qiyməti ucuzlaşıb

DİN: Ötən gün cinayət törətməkdə şübhəli bilinən 57 nəfər saxlanılıb

Astara rayonunda avtoxuliqanlıq edən sürücü həbs olunub

Ölkədə qlobal ekoloji böhrana qarşı ciddi praktiki addımlar atılır - Açıqlama

Tariximizin qanlı səhifələrindən biri olan Başlıbel faciəsindən 31 il ötür

Binəqədi-Balaxanı şosesində yük avtomobili aşıb, sıxlıq yaranıb

Ağdamda minaatan qurğular aşkarlanıb

Bakının bir sıra yollarında sıxlıq müşahidə olunur - SİYAHI

Qırğızıstanda TikTok-a giriş qismən məhdudlaşdırılıb

18 Aprel - Beynəlxalq Abidələr və Tarixi Yerlər Günüdür

Cənubi Koreya bu il Ukraynaya 200 milyon dollar humanitar yardım edəcək

Tramp Nyu-Yorkda Polşa Prezidenti ilə görüşüb

Dövlət Departamenti: Biz Azərbaycan və Ermənistanın sülh səylərini qətiyyətlə dəstəkləyirik

Media: İsrail Pasxa bayramından əvvəl İrana qarşı cavab tədbirləri görməyəcək

Dekabrın 15-i Türk Dili Günü kimi qeyd edilə bilər

“Lufthansa” Avropada ən çox uçuş ləğv edən aviaşirkətdir

MDU Dubayda keçirilən Ali Təhsil Liderlik Forumunda təmsil olunur

Aİ: Ukraynaya təcili olaraq hava hücumundan müdafiə sistemləri verilməlidir

Netanyahu: Öz qərarlarımızı özümüz verəcəyik

İsveç Malmö polisi “Avroviziya-2024” ərəfəsində gücləndirilmiş təhlükəsizlik tədbirləri görür

Çempionlar Liqası: “Bavariya” və “Real Madrid” yarımfinalda qarşılaşacaq

Yunanıstanda qiymət artımına qarşı tətillər keçirilir

Blinken Çinə dörd günlük səfər edəcək

Tbilisidə etiraz aksiyasının iştirakçıları hökumət evinə qədər yürüş ediblər

BMT: Hindistan əhalisinin sayına görə Çini ötərək dünyada birinci yerdədir

Baş nazir: Gürcüstanda heç bir xarici qüvvə inqilab təşkil edə bilməz

Ali Məclisdə Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının Parlament Assambleyasının baş katibi ilə görüş olub