CƏMİYYƏT


Media nümayəndələri Şamaxı, İsmayıllı və Qəbələ rayonlarında Aİ tərəfindən reallaşdırılan layihələrlə tanış olurlar

Bakı, 8 iyun, AZƏRTAC

Azərbaycanın media nümayəndələrinin Avropa İttifaqı tərəfindən ölkəmizin regionlarında reallaşdırılan layihələrlə tanış olmaq üçün Şamaxı, İsmayıllı və Qəbələ rayonlarına səfəri başlayıb.

AZƏRTAC xəbər verir ki, Avropa İttifaqının (Aİ) Azərbaycandakı nümayəndəliyi tərəfindən təşkil olunan səfərin məqsədi Aİ-nin ölkəmizin regionlarındakı fəaliyyəti barədə ictimai məlumatlılığı artırmaqdır.

Media nümayəndələri Avropa İttifaqının maliyyələşdirdiyi “Azərbaycanda Böyük Qafqaz dağları ərazisində icma əsaslı dəyər zəncirinin genişləndirilməsi”, “Müəllimlərin inklüziv təhsil sahəsində bacarıqlarının artırılması”, “COVID – 19 pandemiyası dövründə qadın sahibkarlığının dəstəklənməsi”, “Azərbaycan Regionlarında dayanıqlı mikrosahibkarlığın inkişafının sürətləndirilməsi (ADSMİRRA)”, “Məsləhət xidmətləri vasitəsilə aqrobiznes sahibkarlığın və ərzaq məhsullarının istehsalının təşviqi və yeni dəyər zəncirlərinin yaradılması, aqroturizmin inkişafı” layihələrinin yerinə yetirilməsi və onların bəzi benefisiarları ilə yaxından tanış olacaqlar.

Bundan əlavə, Şamaxıdakı 9 nömrəli orta məktəbdə Aİ-nin ölkəmizdəki nümayəndəliyi Azərbaycan dilinə tərcümə olunmuş "Avropa nağılları" kitabının təqdimatı keçiriləcək. Burada Aİ-yə üzv olan 27 ölkənin xalqlarının nağılları, əfsanə və miflər toplanıb. Kitabın məqsədi Avropanın müxtəlifliyi, eyni zamanda, ortaq dəyərlərə bağlılığı və ümumi Avropa irsi barədə məlumatlandırmanı artırmaqdır.

Səfər çərçivəsində media nümayəndələri şərab istehsalı, arıçılıq, aqrar turizm, dərzilik, heyvandarlıq sahələrində yardım alan benefisiarlarla görüşəcəklər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.