İDMAN


Media nümayəndələri VAR mərkəzində yaradılan şəraitlə tanış olublar

Bakı, 5 iyul, AZƏRTAC

İyulun 5-də Bakı Olimpiya Stadionunda yerləşən VAR mərkəzində media nümayəndələri üçün seminar keçirilib.

AZƏRTAC AFFA-nın saytına istinadla xəbər verir ki, VAR layihə rəhbəri Elxan Səmədov sistemin özəllikləri barədə danışıb, bu sistemin ölkəmizdə istifadəsi baxımından bu günədək görülən işlər barədə məlumat verib.

VAR mərkəzində yaradılan şəraitlə tanış olan media nümayəndələri FIFA referiləri Əliyar Ağayev və Elçin Məsiyevin iştirakı ilə VAR protokoluna əsaslanan iş mexanizmi ilə əyani şəkildə tanış olublar.

FIFA referiləri layihənin tətbiqi ilə bağlı məlumat verib, jurnalistləri maraqlandıran sualları cavablandırılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.