CƏMİYYƏT


Media nümayəndələri insan alveri ilə mübarizə mövzusunda maarifləndirilib

Bakı, 29 mart, AZƏRTAC

Martın 29-da Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə media nümayəndələri üçün “İnsan alveri ilə mübarizədə medianın rolu: qadın və uşaq hüquqları” adlı təlim keçirilib.

AZƏRTAC xəbər verir ki, İnsan alverinə qarşı mübarizəyə dair Milli Fəaliyyət Planının 4.8.1-ci bəndinin icrası ilə bağlı İnsan alverinə qarşı mübarizədə təbliğat və maarifləndirmə işinin gücləndirilməsi istiqamətində təşkil olunan təlimdə çıxış edən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova cəmiyyətimizdə ümumi olaraq bir sıra problemlərin olduğunu və bununla bağlı bir çox çıxış yolları axtarıldığını qeyd edib. Bildirib ki, ən əsas problemlərdən biri məişət zorakılığıdır ki, hər problemin başında ailə məişət problemləri gəlir.

Digər çıxış edənlər Azərbaycan Respublikasında insan alverinə qarşı mübarizə fəaliyyəti və bu istiqamətdə hökumətin koordinasiya işi, İnsan alveri ilə mübarizədə medianın rolu, məcburi əmək insan alverinin müasir forması kimi insan alverinə qarşı ictimai psixologiya və digər mövzularda öz fikirlərini bölüşüblər. Bildirilib ki, insan alveri müasir dövrün ən aktual problemlərindən biridir. Ölkəmizdə bu sosial bəlaya qarşı uğurlu mübarizə aparılır, xüsusilə əhali arasında geniş maarifləndirmə işləri mütəmadi qaydada həyata keçirilir. Respublikamızda bununla bağlı hüquqi-normativ baza da müəyyənləşdirilib.

İnsan alveri mövzusu ətrafında gedən müzakirələrdə təlim iştirakçıları fəal iştirak ediblər.

Sonda təlimdə iştirak edən media nümayəndələrinə sertifikat təqdim olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.